Kredit və qeyri-kredit əməliyyatları şöbəsi (Klirinq Qrupu), Aparıcı / Baş mütəxəssis
Şəhər
BakıKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kredit və qeyri-kredit əməliyyatları şöbəsində (Klirinq Qrupu) Aparıcı / Baş mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Klirinq” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə və ya buradan CV-nizi yükləyə bilərsiniz.
Struktur: Kredit və qeyri-kredit əməliyyatları şöbəsi (Klirinq Qrupu)
Vəzifə: Aparıcı / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Müxbir hesablar üzrə qalıqları gündəlik yoxlayır, ziddiyatları aşkar edir və aradan qaldırır, təyin olunmuş limitlər üzrə tələblərin yerinə yetirilməsini təmin edir
- Xarici valyutada ödənişlər üzrə komissiyaların allokasiyasını təmin edir, müxbir hesablar üzrə müvafiq müxabirləşmələri verir
- Müştəri ödənişlərinin və Xəzinədarlıq departamentinin əqdlərinin milli və xarici valyutada icra edir
- SWIFT proqramında sənədləri verifikasiya edir
- Müştəri hesabları üzrə ödıənişlər və daxilolmalarla bağlı filialların sorğularını cavablandırır, müvafiq araşdırmaları aparır
- Pul köçürmə və ödəniş sistemləri ilə hesablaşmaları aparır və öhdəlikləri icra edir
- Müxbir hesablarla bağlı və şöbənin digər işlərinə dair audit sorğularını cavablandırır
Tələblər:
- Müvafiq sahə üzrə (klirinq, settlement) 5 ildən artıq iş təcrübəsi
- Ali təhsil
- Bank qanunvericiliyi üzrə biliklərə malik olmaq
- Azərbaycan və İngilis dili - yüksık səviyyədə, Rus dili - arzuolunandır.
- SWIFT, AZIPS, XÖHKS sistemlərində iş bacarığ
- MS Office proqramları üzrə istifadəçi səviyyəsi
- Analitik düşüncə, detallara diqqət, yüksək məsulliyyət
- Təşəbbüskarlıq, ünsiyyət qurma və koordinasiya bacarığı
- Problem həll etmə bacarığı, stress altında işləmək bacarığı
- Komandada işləmək bacarığı
- Çeviklik və operativlik, vaxtın səmərəli planlaşdırılması və idarə olunması
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Sığorta proqramına qoşulma imkanı
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər
CV göndər