Press-reliz

Nikoil Bank rebrendinq prossesinə başladı

Nikoil Bank yeni adını və korporativ stilini təqdim etdi. Yeni şuar - “Parlaq Bankçılığ”ın mənası bankın bütün fəaliyyət növlərində, eyni zamanda bank xidmətlərində yeni bir yanaşmaya işarə edir.

Bankın yeni adı - Yelo - ingilis sözü Yellow-nun (sarı) stilizə olunmuş təsfiridir. Yeni ad göstərilən bank xidmətlərinin fərqli bir yanaşmasını, rəngarəngliyini, rahatlığını simvollaşdırır və “Parlaq Bankçılıq” şuarı altında həyata keçirilməsini göstərir. Sarı rəng, həmçinin bankın yeni korporativ stilinin rəmzidir. Yelo Bank daha da parlaq, çevik, sürətli, rahat anlaşılan, etibarlı və ən əsası dostсasına rəftar edən bank olacaq. Bankın yeni baxışı yerli istehlakçıların bank təcrübəsini yeniləyir, onların daha böyük nailiyyət əldə etmələrinə köməklik göstərməyi nəzərdə tutur.

Yeni ada və korporativ stilə keçid tədricən baş tutacaq və 2020-ci ilin aprel ayında tamamlanmağı nəzərdə tutur. İlkin mərhələdə yeni loqotip rəsmi sənədlərdə və fərdi ünsiyyət elementlərində əks olunacaq. Reklam kommunikasiyalarında köhnə bank loqotipi bir müddət istifadə ediləcək. Bundan sonrakı aylarda filialların, bankomatların, internet səhifələrinin, reklam materiallarının dizaynı tamamilə yenilənəcək və Yelo Bank ilə əvəzlənəcək.

“Parlaq Bankçılıq” bank xidmətlərinin göstərilməsində yeni bir yanaşmadır. Müştəri hər zaman bizim üçün birinci yerdədir! Onun hər bir müraciətinə hər zaman həll tapılacaq, ona təbəssüm və ürəklə xidmət göstəriləcək, xidmətlər isə daha sadə və əlçatan olacaq. Göstərilən bank xidmətlərinin yeni modelinin tətbiqi filial şəbəkələrinin yenilənməsi və tamamilə yeni dizayna keçidi ilə paralel baş tutacaq.

Bankın rebrendinqi tanınmış London agentliyi Winkreative tərəfindən həyata keçirilib. Bu şirkət 20 ildən artıq maliyyə qurumları və tanınmış beynəlxalq brendlərlə əməkdaşlıq edir.

Bankın əsas səhmdarı, tanınmış azərbaycan əsilli iş adamı Vahid Ələkbərov Yelo Bankın əməkdaşlarını uğurlu yenilənmə ilə əlaqədar təbrik etdi: "Yelo Bank yalnız yeni bir ad və rəng deyil. Bu, iki ildir davam edən işlərin təzahürüdür və bunun nəticəsində bankın keyfiyyətcə müasir səviyyəyə keçməyə hazır olmasıdır. Əminəm ki, Yelo Bank etibarlı və sürətli inkişaf edən bir maliyyə təşkilatı kimi Azərbaycanın bank sektorunda layiqli yer tutacaq. Bankın əsas səhmdarı olaraq hər zaman bu banka dəstək olacam!"

Bankın Müşahidə Şurasının sədri Marina Kulişova bildirdi ki, yeni strategiyaya əsasən, Yelo Bank mikro, kiçik və orta sahibkarlığa, fiziki şəxslərə xidmət göstərməyə və kredit verməyə yönələcək: “Biz bu seqment üçün ən cəlbedici bank olmaq istəyirik və öz resurslarımızı innovativ, müasir maliyyə xidmətlərinin həyata keçirilməsi üçün istifadə etməyə hazırıq. Bununla da Yelo Bank Azərbaycanın bank sektorunun ümumi inkişafına öz töhfəsini verəcək".

Bankın İdarə Heyətinin sədri Nikoloz Şurqaia qeyd edib ki, bankın komandası yeni ad, rəng və Yelo Bank üçün vacib olan bu yeniliyinin arxasında duran mənadan ilhamlanır: "Brighter Banking - Parlaq Bankçılıq" bizim ümumi komandamızın bir hissəsi olaraq qurulan yeni müştəri xidməti modelidir. Eyni zamanda, səhmdarların bankımıza verdiyi dəstəyin böyük əhəmiyyətini qeyd etmək istəyirəm. Əminəm ki, Yelo Bank tezliklə müasir, qabaqcıl, texnoloji və ən əsası müştərini birinci yerdə tutan bir bankın simvoluna çevriləcək".