Multifunctional Mobile App by Yelo

HURRY TO GET A LOAN AT 9.5% INTEREST!

List of all vacancies

Proqram Təminatının inkişafı departamenti, Biznes tətbiqlərinin inkişafı şöbəsi, Biznes analitik

City

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqram Təminatının inkişafı departamenti, Biznes tətbiqlərinin inkişafı şöbəsində Biznes analitik” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Biznes analitik” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə və ya buradan CV-nizi yükləyə bilərsiniz.

Struktur:  Proqram Təminatının inkişafı departamenti, Biznes tətbiqlərinin inkişafı şöbəsi
Vəzifə:  Biznes analitik
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri


Vəzifə öhdəlikləri:

  • Bankın proqram təminatlarının dəstəklənməsi və onların düzgün işləməsini təmin etmək.
  • Biznes prosesləri və iş proseslərini, həmçinin onların mövcud və gələcək proqram təminatı ilə əlaqələrini anlamaq və sənədləşdirmək
  • Təcrübələrə və sənaye həllərinə əsaslanaraq arzu olunan hədəflərə çatmaq və ya yaxşılaşdırmaq üçün alternativ həllər təklif etmək
  • Təklif olunan layihələrin miqyasını, faydalarını və risklərini optimallaşdırmaqda biznes istifadəçilərinə və İT rəhbərliyinə yardım etmək
  • İstifadəçilərin və rəhbərliyin gözləntilərini idarə etmək
  • Bank və əlaqəli sistemlərinin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüs göstərmək və bunu reallaşdırmaq
  • Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək
  • Biznes proseslərin texniki analizinin verilənlər bazası modelinin tərtibatı səviyyəsinə qədər detallaşdırılması
  • Dəyişiklik edilmiş biznes prosesin test mərhələsində Sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak
  • Biznes prosesin Proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi
  • Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi
  • Tələblərin toplanması və təhlili, xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması
  • Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması

Tələblər:

  • Müvafiq sahə üzrə bank sektorunda ən azı 2 il iş təcrübəsi
  • Bankda kredit və qeyri-kredit prosesləri və məhsulları qanunvericilik üzrə biliklər
  • Yüksək analitik bacarıq
  • Biznes proseslər üzrə texniki sənədin (istifadəçi və texniki səviyyədə-use case) hazırlanması üzrə təcrübə
  • Biznes proses üzrə test ssenarilərinin hazırlanmasında iştirak təcrübəsi
  • CRM sistemləri ilə iş təcrübəsi.
  • BPM (Business Process Management) sistemləri ilə iş təcrübəsi.
  • Rus dili əlavə səviyyədə olan namizədlərə üstünlük veriləcəkdir

Biz Sizə nə təklif edirik:

  •   Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  •   Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  •   Tibbi sığorta proqramına qoşulma
  •   Müasir idarəetmə sistemi və mehriban kollektiv

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

{{errors.file}} *

Yelobank mobile application