Multifunctional Mobile App by Yelo

HURRY TO GET A LOAN AT 9.5% INTEREST!

List of all vacancies

Kredit və qeyri-kredit əməliyyatları şöbəsi (Klirinq Qrupu), Aparıcı / Baş mütəxəssis

City

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kredit və qeyri-kredit əməliyyatları şöbəsində (Klirinq Qrupu) Aparıcı / Baş mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Klirinq” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə və ya buradan CV-nizi yükləyə bilərsiniz.

Struktur: Kredit və qeyri-kredit əməliyyatları şöbəsi (Klirinq Qrupu)
Vəzifə: Aparıcı / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri

Vəzifə öhdəlikləri:

  • Müxbir hesablar üzrə qalıqları gündəlik yoxlayır, ziddiyatları aşkar edir və aradan qaldırır, təyin olunmuş limitlər üzrə tələblərin yerinə yetirilməsini təmin edir
  • Xarici valyutada ödənişlər üzrə komissiyaların allokasiyasını təmin edir, müxbir hesablar üzrə müvafiq müxabirləşmələri verir
  • Müştəri ödənişlərinin və Xəzinədarlıq departamentinin əqdlərinin milli və xarici valyutada icra edir
  • SWIFT proqramında sənədləri verifikasiya edir
  • Müştəri hesabları üzrə ödıənişlər və daxilolmalarla bağlı filialların sorğularını cavablandırır, müvafiq araşdırmaları aparır
  • Pul köçürmə və ödəniş sistemləri ilə hesablaşmaları aparır və öhdəlikləri icra edir
  • Müxbir hesablarla bağlı və şöbənin digər işlərinə dair audit sorğularını cavablandırır

Tələblər:

  • Müvafiq sahə üzrə (klirinq, settlement) 5 ildən artıq iş təcrübəsi
  • Ali təhsil
  • Bank qanunvericiliyi üzrə biliklərə malik olmaq
  • Azərbaycan və İngilis dili - yüksık səviyyədə, Rus dili - arzuolunandır.
  • SWIFT, AZIPS, XÖHKS sistemlərində iş bacarığ
  • MS Office proqramları üzrə istifadəçi səviyyəsi
  • Analitik düşüncə, detallara diqqət, yüksək məsulliyyət
  • Təşəbbüskarlıq, ünsiyyət qurma və koordinasiya bacarığı
  • Problem həll etmə bacarığı, stress altında işləmək bacarığı
  • Komandada işləmək bacarığı
  • Çeviklik və operativlik, vaxtın səmərəli planlaşdırılması və idarə olunması

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  • Sığorta proqramına qoşulma imkanı
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

{{errors.file}} *

Yelobank mobile application