Multifunctional Mobile App by Yelo

List of all vacancies

Salyan filialında Fiziki şəxslərə xidmət üzrə Kiçik Mütəxəssis / Mütəxəssis/ Aparıcı mütəxəssis

City

Salyan

Category

Pərakəndə məhsulların satışı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Salyan filialında Fiziki şəxslərə xidmət  üzrə Kiçik Mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssis vakansiyaları elan edirik.

Vəzifə öhdəlikləri:

  • Bankın fiziki şəxs müştərilərinə xidmət edilməsi, bank məhsulları və tarifləri haqqında müştərilərə məlumatın verilməsi, fiziki şəxs müştərilərinin cəlb edilməsi;
  • İstehlak, ipoteka və digər kredit məhsulları üzrə  mövcud şərtlərlə müştərilərin cəlb edilməsi və bununla bağlı müvafiq mütəxəssis məsləhətlərinin verilməsi;
  • Müştərinin ödəmə qabiliyyətinin ilkin qiymətləndirilməsi;
  • İstehlak krediti portfelinin daimi monitorinq edilməsi;
  • İstehlak kreditləri üzrə sifarışlərin qəbul edilməsi, kreditlərin bankın daxili prosedur və qaydalarına uyğun verilməsi, habelə kredit rəsmiləşdirilməsi üçün sənədlərin toplanması;
  • Daxili qaydalardan kənarlaşmalar olduqda müvafiq qaydada məlumatların hazırlanması və Kredit Komitəsinin müzakirəsinə çıxarılması üçün müvafiq səlahiyyətli şəxsə təqdim edilməsi;
  • Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması;
  • Konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
  • Nağd pul üzrə mədaxil və məxaric əməliyyatının aparılması;
  • Konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
  • Daxil olan bank kartlarının qəbul edilməsi və balansdankənar uçota alınması;
  • Əməliyyatlar üzrə limitlərin pozulmamasına və komisyon haqqların tariflərə uyğun tutulmasına nəzarət edilməsi;
  • Kredit və overdraftlar üzrə qismən və tam ödənişlərin prosedurlara uyğun icra edilməsi.

Tələblər:

  • Ali təhsil
  • Səlis azərbaycan dili, rus dili arzuolunandır
  • Riyazi biliklər
  • Komandada işləmək bacarığı

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  • Könüllü tibbi sığorta proqramına qoşulma
  • Yığım sığortasına qoşulma imkanı
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv

Tələblərə cavab verdiyiniz halda, elektron poçtun “mövzu” yerinə "Fiziki şəxslərə xidmət / Salyan" qeyd etməklə [email protected] ünvanına mürəciət etməyiniz xahiş olunur.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

{{errors.file}} *

Yelobank mobile application