Multifunctional Mobile App by Yelo

HURRY TO GET A LOAN AT 9.5% INTEREST!

List of all vacancies

Proqram Təminatının inkişafı departamenti, Biznes tətbiqlərinin inkişafı şöbəsi, İT sistem üzrə analitik

City

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqram Təminatının inkişafı departamenti, Biznes tətbiqlərinin inkişafı şöbəsində İT sistem üzrə analitik” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “İT sistem üzrə analitik” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə və ya buradan CV-nizi yükləyə bilərsiniz.

Struktur:  Proqram Təminatının inkişafı departamenti, Biznes tətbiqlərinin inkişafı şöbəsi
Vəzifə:  İT sistem üzrə analitik
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri


Vəzifə öhdəlikləri:

  • Bankın proqram təminatlarının dəstəklənməsi və onların düzgün işləməsini təmin etmək
  • Biznes prosesləri və iş proseslərini, həmçinin onların mövcud və gələcək proqram təminatı ilə əlaqələrini anlamaq və sənədləşdirmək
  • Təcrübələrə və sənaye həllərinə əsaslanaraq arzu olunan hədəflərə çatmaq və ya yaxşılaşdırmaq üçün alternativ həllər təklif etmək
  • Təklif olunan layihələrin miqyasını, faydalarını və risklərini optimallaşdırmaqda biznes istifadəçilərinə və İT rəhbərliyinə yardım etmək
  • İstifadəçilərin və rəhbərliyin gözləntilərini idarə etmək
  • Bank və əlaqəli sistemlərinin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması
  • Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək
  • Sistem tələblərinin təhlili, sənədləşdirilməsi və onların texniki komandaya ötürülməsi
  • Müxtəlif sistemlər arasında inteqrasiyaların idarə edilməsi və optimallaşdırılması
  • Biznes proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması üçün təkliflərin hazırlanması və tətbiqi

Tələblər:

  • Müvafiq sahə üzrə bank sektorunda ən azı 2 il iş təcrübəsi
  • Bankda kredit və qeyri-kredit prosesləri və məhsulları qanunvericilik üzrə biliklər
  • Yüksək analitik bacarıq
  • Biznes proseslər üzrə texniki sənədin (istifadəçi və texniki səviyyədə-use case) hazırlanması üzrə təcrübə
  • Biznes proses üzrə test ssenarilərinin hazırlanmasında iştirak təcrübəsi
  • CRM sistemləri ilə iş təcrübəsi.
  • BPM (Business Process Management) sistemləri ilə iş təcrübəsi.
  • Rus dili əlavə səviyyədə olan namizədlərə üstünlük veriləcəkdir
  • Sistem analizi və inteqrasiya bacarıqları
  • SQL və verilənlər bazası bilikləri
  • Proqramlaşdırma dillərində (məsələn, Java, PL/SQL) anlayış və təcrübə arzuolunandır
  • Sistem tələblərinin yazılması və təhlili üzrə təcrübə
  • İnteqrasiya həlləri və sistemlər arasında əlaqələrin qurulması təcrübəsi.
  • Middleware, ESB (Enterprise Service Bus) və API Management sistemləri ilə iş təcrübəsi arzuolunandır
  • Web xidmətlər (SOAP, REST) və mikroservislər üzrə biliklər
  • CI/CD, DevOps və avtomatlaşdırma təcrübəsi arzuolunandır

Biz Sizə nə təklif edirik:

  •   Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  •   Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  •   Tibbi sığorta proqramına qoşulma
  •   Müasir idarəetmə sistemi və mehriban kollektiv

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. 

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

{{errors.file}} *

Yelobank mobile application