Multifunctional Mobile App by Yelo

HURRY TO GET A LOAN AT 9.5% INTEREST!

List of all vacancies

Xəzinədarlıq departamenti, Pul və valyuta bazarında əməliyyatlar şöbəsi, Mütəxəssis

City

Bakı

Category

Xəzinədarlıq departamenti, Pul və valyuta bazarında əməliyyatlar şöbəsi, Mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Xəzinədarlıq departamenti, Pul və valyuta bazarında əməliyyatlar şöbəsi, Mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Xəzinədarlıq” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.


Struktur: Xəzinədarlıq departamenti

Bilavasitə tabeçiliyi: Birbaşa rəhbər


Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyət sahəsinə aid olan bütün yerli və xarici pul, valyuta və qiymətli kağızlar bazarlarında bağlanmış spot, forvard, fyüçers, opsion və digər bütün tipli valyuta əqdləri, banklararası kredit, depozit, svop, banknot əqdləri ilə bağlı müvafiq sənədləşmənin tərtibatı və məlumatların  Bankın ABS-nə daxil edilməsi;
  • Şöbənin fəaliyyət sahəsinə aid olan bütün yerli və xarici pul, valyuta və qiymətli kağızlar bazarlarında bağlanmış spot, forvard, fyüçers, opsion və digər bütün tipli valyuta əqdləri, banklararası kredit, depozit, svop, banknot əqdləri ilə bağlı əqdlərinin SWIFT formatında müvafiq sənədləşmənin tərtibatı və ehtiyac yarandıqda SWIFT terminalında yığılması;
  • Şöbənin fəaliyyət sahəsinə aid olan bütün yerli və xarici pul, valyuta və qiymətli kağızlar bazarlarında bağlanmış spot, forvard, fyüçers, opsion və digər bütün tipli valyuta əqdləri, banklararası kredit, depozit, svop, banknot əqdləri ilə bağlı əqdi zamanı gəlirlərin və xərclərin müvafiq mühasibat əməliyyatlarının Bankın ABS-də keçirilməsi;
  • Cəlb edilmiş və ya yerləşdirilmiş banklararası kredit və ya depozitlər üzrə əsas məbləğlərin və faizlərin ödənişi ilə bağlı ödəniş təqviminin tərtibatı və yenilənməsi;
  • Cəlb edilmiş və ya yerləşdirilmiş banklararası kredit və ya depozitlər üzrə əsas məbləğ və faizlərin ödənişlərinin ödəniş təqviminə müvafiq olaraq icra edilməsinə nəzarət;
  • Cəlb edilmiş və ya yerləşdirilmiş banklararası kredit və ya depozitlər üzrə müqavilələrin və digər sənədlərin kağız və elektron şəkildə arxivləşdirilməsi;
  • Valyuta, pul bazarlarında və qiymətli kağızlarla əməliyyatlar üzrə nəzarət orqanı üçün və daxili hesabatların tərtib edilməsi;
  • AR MB rəsmi məzənnələrinin Bankın ABS-ə daxil edilməsi;
  • Bankın nağd və nağdsız valyutalar üzrə alış və satış məzənnələrinin Bankın ABS-ə daxil edilməsi;
  • Banklararası valyuta bazarında rəqib bankların valyuta məzənnəsinin müntəzəm olaraq monitorinqi; 
  • Bankın müxbir hesabları olan bankların xarici valyutada kross-məzənnələrinin monitorinqi;
  • Ehtiyac yarandıqda əməliyyat günü ərzində Bankın nağd və nağdsız valyutalar üzrə alış və satış məzənnələrinin dəyişdirilməsi üçün təkliflərin verilməsi;
  • Nağd pul və digər qiymətlilərin inkassasiyası sorğularına aid məlumatın işlənməsi və inkassasiya üzrə uçot məlumatın  Bankın ABS-nə daxil edilməsi və sənədləşmənin tərtibatı;

Tələblər:

  • Yelo Bankda və ya cari vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilini mükəmməl bilmək, İngilis dilini yaxşı bilmək, Rus dili bilikləri arzuolunandır;
  • Ali təhsil;
  • Fəaliyyət sahəsi ilə əlaqədar sertifikat arzu olunandır;
  • Əlavə bacarıqlar (soft skills):
  • Dürüstlük
  • Səmərəli ünsiyyət qurmaq bacarığı
  • Komandada işləmək bacarığı
  • Analitik təhlil, kritik düşünmə bacarıqları
  • Təşəbbüskarlıq, məsuliyyət, dəqiqlik
  • Stress vəziyyətlərdə işləmək bacarığı
  • İşləri planlaşdırmaq və müstəqil işləmək bacarığı


Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

{{errors.file}} *

Yelobank mobile application