Многофункциональное мобильное приложение Yelo

СПЕШИТЕ ПОЛУЧИТЬ КРЕДИТ ПОД 9.5% ГОДОВЫХ!

Все вакансии

Korporativ idarəetmə departamenti, Ümumi şöbə, Aparıcı / Baş mütəxəssis

Город

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Korporativ idarəetmə departamentinin Ümumi şöbəsində Aparıcı / Baş mütəxəssis Mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Korporativ idarəetmə üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə və ya buradan CV-nizi yükləyə bilərsiniz.

Struktur: Korporativ idarəetmə departamenti, Ümumi şöbəsi
Vəzifə: Aparıcı / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru / Şöbə meneceri


Vəzifə öhdəlikləri:

  • İdarə Heyətinin, Müşahidə Şurasının və onun komitələrinin iclaslarının çağırılması və keçirilməsini təmin etmək, həmin iclasların gündəliyini tərtib etmək, iclasdan əvvəl onları yenilənmiş məlumatlarla və digər zəruri resurslarla təmin etmək
  • İdarə Heyətinin, MŞ-nin və onun komitələrinin fəaliyyətinin effektiv təmini üçün zəruri olan siyasət və prosedurların hazırlanmasına dəstək vermək
  • İdarə Heyəti, MŞ, onun komitələri və səhmdarlar arasında effektiv kommunikasiyanın qurulmasını təmin etmək
  • Bank tərəfindən açıqlanması tələb olunan məlumatlara səhmdarların və digər investorların əlçatanlığını təmin etmək
  • Kollegial orqanlara inzibati dəstək verilməsi
  • Sənəd layihələrinin kollegial orqanlar tərəfindən baxılması üçün hazırlanması və sonra təyinat yerlərinə göndərilməsi
  • Sənədlərin saxlanmasının təmin edilməsi
  • Kollegial qurumların iclas protokollarının aparılması və bütün maraqlı tərəflərin onlarla tanış olması
  • Kollegial orqanların qərarlarının icrasına nəzarət
  • Mərkəzi Bank ilə qarşılıqlı əlaqə
  • Lazımi sənədlərin toplanması
  • Daxili əmək qaydaları və istehsal intizamı qaydalarına uyğunluq
  • Məxfi məlumatların açıqlanmaması
  • Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək

Tələblər:

  • Hüquq, İdarəetmə, Beynəlxalq münasibətlər və digər əlaqəli ixtisaslar üzrə ali təhsil
  • Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi
  • Azərbaycan dilində – sərbəst danışıq və düzgün yazı qabiliyyəti, İngilis dilində – yaxşı danışıq və düzgün yazı qabiliyyəti, Rus dili bilənlərə üstünlük veriləcəkdir
  • MS Office proqramları üzrə istifadəçi səviyyəsi
  • Məsuliyyət, diqqət, dəqiqlik və analitik düşünmə
  • Stressə davamlıq
  • Detallara diqqət etmək bacarığı
  • Vaxtın düzgün idarə edilmə bacarığı
  • Səmərəli ünsiyyət qurmaq bacarığı
  • Problemli halların idarəedilməsi bacarığı
  • Komandada işləmək bacarığı

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
  • Tibbi sığorta proqramına qoşulma
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv
     
Готовы присоединиться к нашей команде?

Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме

Подать заявку на эту вакансию
Подать заявку на эту вакансию
Перетащите файл

или загрузите с папки (pdf, doc)

{{errors.file}} *

Yelobank мобильное приложение