Proqram Təminatının inkişafı departamenti, Bankın proqram sisteminin inkişafı şöbəsi, PL/SQL üzrə aparıcı/baş tərtibatçı
Город
BakıKaryerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Proqram Təminatının inkişafı departamenti, Bankın proqram sisteminin inkişafı şöbəsində PL/SQL üzrə aparıcı/baş tərtibatçı” vakansiyasını elan edirik.
Struktur: Proqram Təminatının inkişafı departamenti, Bankın proqram sisteminin inkişafı şöbəsi
Vəzifə: PL/SQL üzrə aparıcı/baş tərtibatçı
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri
Vəzifə öhdəlikləri:
- Biznes proseslərinin avtomatlaşdırılması və alqoritmləşdirilməsi
- Mövcud proqram təminatlarının (Core Banking) dəstəklənməsi
- Ən son texnologiyalar üzrə trendlərin proqramlaşdırmada tətbiqi
- Yeni tətbiqi proqramlar, modulların işlənib hazırlanmasında iştirak etmək
- Yeni tətbiq olunan proqramları test edib məlumat vermək
- Test zamanı müəyyən olunmuş səhvlərin düzəldilməsi
- Yeni tətbiq olunmuş proqram üçün texniki sənədlərinin hazırlanmasında iştirak etmək
- Mövcud kodun dəyişdirilməsinə nəzarət etmək, kodun nəzərdən keçirilmək
- Məlumat bazasından istifadə etməklə daxili tələblərə uyğun olan hesabat formalarını/çap formalarını hazırlamaq
Tələblər:
- Müvafiq sahə üzrə ən azı 3 il təcrübə
- “Agile Development” və “Extreme programming” metodologiyaları ilə bilik və iş təcrübəsi;
- Məlumat struktur (Data structures), Algoritm yaradilması, SQL üzrə biliklər
- Testlə idarə olunan mühitdə proqram tərtibatı və inkişafı (software design and development) ilə bağlı təcrübə;
- Proqramlaşdırma dili bilikləri (Java, PL/SQL, Javascript və s. )
- Weblogic bilikləri
- ABS GNI sitem üzrə biliklər (yüksək səviyyədə)
- APEX Application Development üzrə əla biliklər
- Git kod versiya vasitələrində bilik və təcrübə olmalı
- Sistem dizaynı (system design) və məlumat əlaqələri (data relationship) üzrə biliklər;
- JIRA/MS Excel/Visio/PowerPoint bilikləri;
- Tərtibatçıların işinin əlaqələndirilməsi
- İnnovativlik
- Komandada işləmə bacarığı
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Tibbi sığorta proqramına qoşulma
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Пожалуйста, отправьте свое резюме на электронную почту [email protected] с указанием вакансии в теме
Подать заявку на эту вакансию