Многофункциональное мобильное приложение Yelo

Yaşıl əmanət aksiyasına öz töhfəni verməyə tələs!

Все новости

Новости

Объявление о проведении открытого тендера на закупку электрогенераторов

Bankımız inzibati binası üçün sinxron prinsiplə işləyən elektrik generatorların alınması məqsədilə açıq tender elan edir. 

Generatorlar üzrə tələblər aşağıdakı kimidir:
Generator sayı – 3 ədəd
Generatorun iş prinsipi – sinxron
Generator gücü – 410 kVa
Sinxron panel – 1 ədəd

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:
-    Təqdim ediləcək məhsulun keyfiyyəti
-    Təklif ediləcək məhsulun qiyməti
-    İştirakçı şirkətin bu sahədə təcrübəsi
-    Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti
-    Müqavilənin icra müddəti
-    Avadanlıqlara texniki servis xidmətinin müddəti

1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

-    Qiymət təklifi
-    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
-    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
-    Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)

Tender təklifi

2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-    Tender təklifləri 24 Dekabr 2020-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir.
-    Zərflərin hər küncü möhürlənməlidir.
-    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir. 

3.    Müqavilənin icra müddəti

-    Satınalma müqaviləsi tenderin qalibi elan edildikdən ən geci 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.
-    Satınalma müqaviləsinin qeyd olunmuş müddətdən daha qısa vaxt ərzində icra edilməsini bildirən iştirakçılar tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynacaqdır.

4.    Ödəniş və digər şərtlər

-    Təqdim ediləcək məhsullara minimum 1 il zəmanət verilməlidir.
-    Zəmanət müddətinin 1 ildən artıq olması tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynayacaqdır
-    Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
-    Tenderin qalibləri 12 ay müddətinə müqavilə məbləğinin 5-10%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
-    Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
-    Təklif avadanlıqların çatdırılma və quraşdırma qiymətlərini özündə əks etdirməlidir.
-    Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
-    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
-    Müqavilə imzalanana qədər Bank satın alınacaq avadanlıqların sayınının artırılması və ya azaldılması hüququna malikdir. 

5.    Satınalan təşkilatın ünvanı 

-    Bakı ş. Puşkin küçəsi 30, AZ1010

-    Əlaqələndirici şəxslər: 

Elşad F. Rəhimov 

İnzibati və Təchizat departamentinin
Baş mütəxəssisi
+99412 981 daxili 1974
+99455 2140087
[email protected]

6.    Tenderin nəticəsi haqqında məlumat

-    Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.