Multifunctional Mobile App by Yelo

HURRY TO GET A LOAN AT 9.5% INTEREST!

List of all vacancies

Pərakəndə bankçılıq sahəsi (Retail products Tribe), Məhsul sahibi

City

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Pərakəndə bankçılıq sahəsi (Retail products Tribe),  Məhsul sahibi” vakansiyasını elan edirik.

Struktur: Pərakəndə bankçılıq sahəsi (Retail products Tribe)
Vəzifə: Məhsul sahibi
Bilavasitə tabeçiliyi: Sahə inzibatçısı 

Vəzifə öhdəlikləri:

  • Bankın strategiyasına uyğun məhsulları yaratmaq və inkişaf etdirmək; 
  • Bazarı araşdırmaq, biznes müştərilərin ehtiyaclarını müəyyənləşdirmək, bu məqsədlə müştərilərlə görüşləri aparmaq; təkmilləşdirilmiş müştəri təcrübəsinə nail olmaq;
  • Məhsulun yaradılması üzrə xərc / gəlirlərin hesablanması və təhlilini aparmaq;
  • Məhsulun yol xəritəsini (roadmap) hazırlamaq;
  • Biznes hədəflərinə çatmaq üçün görüləcək işləri və mövcud tapşırıqları (backlog) prioritetləşdirmək və yerinə yetirilməsini idarə etmək 
  • Ümumi hədəflərə çatmaq üçün məhsululun yaradılması üzrə kross-funksional komandanı yönəltmək;
  • Seqment müştərilərinin ehtiyaclarına cavab verən məhsul və xidmətləri komanda ilə birgə hazırlamaq;
  • Yeni məhsul ideyalarını qiymətləndirmək və onların bazara çıxarılması strategiyasını hazırlamaq;
  • Məhsul boşluqlarının müəyyənləşdirmək və onların aradan qaldırılmasını təmin etmək;
  • Məhsulun effektiv marketinq kommunikasiya planının hazırlanmasında iştirak etmək.

Tələblər:

  • Bank işi, əsasən də taksit kart məhsulu üzrə təcrübə -  ən azı 3 il 
  • Məhsulların yaradılması və inkişafı üzrə təcrübə arzuolunandır
  • Azərbaycan dilini mükəmməl bilmək, Rus və İngilis dili bilikləri arzuolunandır;
  • Ali təhsil;
  • MS Office proqramları üzrə (əsasən Excel və Power point) yüksək səviyyədə biliklər;
  • PPO, PSPO , ACP, CSPO və ya analoqu olan sertifikatlara sahib olmaq üstünlükdür;
  • Müştəri seqmenti və məhsul üzrə biliklər;
  • Agile metodologiya üzrə biliklər arzuolunandır;
  • “Design thinking” metodoligiyası üzrə biliklər arzuolunandır.
  • Kross-funksional komandanın işini effektiv təşkil etmək bacarığı;
  • Strateji düşüncə;
  • Çətinliklərin öhdəsindən gəlmə bacarığı;
  • Effektiv kommunikasiya, təqdimat və liderlik bacarıqları;
  • Yüksək analitik düşüncə, planlaşdırma və çərçivələrdən kənar düşünmə bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə uyğun olaraq “Məhsul sahibi” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Ready to join our team?

Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line

Apply for this vacancy
Apply for this vacancy
Drag and drop

Your resume here or Browse to upload (pdf, doc)

{{errors.file}} *

Yelobank mobile application