Multifunctional Mobile App by Yelo

Yaşıl əmanət aksiyasına öz töhfəni verməyə tələs!

News feed

News

Yelo Bank customers will be able to make bulk deposits with the KorpON terminal

Yelo Bank müştərilərinin rahatlığı üçün yeni imkanlar yaradır. Artıq müştərilər irihəcmli, nağd mədaxilləri və kredit ödənişlərini “KorpON” terminalları vasitəsilə edə biləcəklər. 

Bankın fiziki şəxs, sahibkar və hüquqi şəxs müştəriləri “KorpOn” terminalları vasitəsilə cari hesaba mədaxil və kredit ödənişlərini icra edə biləcəklər. Terminalda AZN valyutasında olan hesablara yalnız AZN olaraq mədaxil etmək mümkündür. Terminala birdəfəlik ilkin mədaxil məbləği maksimum 14 999 AZN-dir.

KorpON terminallarının üstünlüyü ondadır ki, banka getmədən, günün istənilən vaxtı bank hesablarına mədaxili tək-tək deyil, toplu şəkildə etmək mümkündür. Belə ki, terminal 1 dəqiqə ərzində 1200 ədəd əsginas sayıb mədaxil edə bilir. Bunun üçün sadəcə şəhərin 50-dən çox məntəqələrində yerləşdirilmiş “KorpON” terminallarından birinə yaxınlaşmaq kifayətdir. Terminallar 1-ci sinif təhlükəsizlik dərəcəsinə malik seyf sistemi, həmçinin Giesecke+Devrient (Giziki + Devirint) pul qəbuledici sistemləri ilə təchiz olunub.

KorpON terminallarının ünvanı: https://bit.ly/ylkfbnk

Bank xidmətləri, həmçinin, onlayn kredit ödənişi (https://www.yelo.az/az/individuals/online-services/online-loan-payment/) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!