Multifunctional Mobile App by Yelo

Yaşıl əmanət aksiyasına öz töhfəni verməyə tələs!

News feed

News

Our first Self-Service Center

Bugün bankımız ilk özünəxidmət mərkəzini istifadəyə verdi. Sözügedən mərkəz LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində yaradılıb və 8 Noyabr prospekti 108 ünvanındakı LUKOYL YDM ərazisində yerləşir . Bu mərkəzin yaradılmasında əsas məqsəd müştərilərə daha yaxın olmaq və göstərilən xidmətlərin operativ həyata keçirilməsidir. 

Ənənəvi filiallardan fərqli olaraq Özünəxidmət Mərkəzində müştərilər bank əməkdaşının iştirakı olmadan, terminal və planşetlər vasitəsilə ilə bir çox xidmətlərdən 24/7 rejimində, fasiləsiz yararlana bilər. Kartdan vəsaitin nağdlaşdırılması, kart və cari hesaba mədaxil, müxtəlif ödənişlərlə bərabər, burada müştərilər növbə gözləmədən, əlavə sənəd tələbi olmadan rahat şəkildə nağd pul, biznes kreditləri və Yelo kart sifarişi edə bilər. 

İdarə heyətinin sədri Anar Həsənov LUKOYL Azərbaycan ilə strateji əməkdaşlığın real nəticələrinin əldə edilməsinə çox şad olduğunu bildirib: "Bu konsept həm Yelo Bank, həm də bank sektoru üçün yenilikdir. Əməkdaşlığımızın daha da genişləndirilməsi üzrə böyük planlarımız var. Yaxın gələcəkdə yalnız Bakıda deyil, həmçinin regionlarda da yeni özünəxidmət mərkəzlərinin açılması planlaşdırılır. Bu layihədə əsas məqsədimiz müştərilərimizə yaxın olmaq və daha çox insana keyfiyyətli distant bank xidmətlərinin çatdırılması yoluyla maliyyə savadlılığının artırılmasıdır. İnanırıq ki, qıısa zamanda bu mərkəzlər ənənəvi xidmət göstərən böyük filiallarla rəqabət edə biləcək".

LUKOYL Azərbaycanın direktoru Zaur Cəlilov mərkəzin açılışı zamanı qeyd edib: “Yeni inkişaf planımıza əsasən müştərilərin xidmət nöqtələrimizdə yalnız yanacaqdoldurma deyil, həmçinin fərqli tələbatlarını ödəmək imkanı yaratmağa çalışırıq. Hesab edirəm ki, bu gün istifadəyə verilmiş özünəxidmət mərkəzi həm Yelo Bank, həm də LUKOYL Azərbaycan müştərilərinin rahatlığını artıracaq. Bu və gələcək layihələrimizin hər iki tərəf üçün faydalı olacağından əminəm”.

Qeyd edək ki, bu partnyorluq yalnız mərkəzlərlə yekunlaşmır, həmçinin müştərilərin bank təcrübəsini artıracaq digər yeniliklərin istifadəyə verilməsi də planlaşdırılır.