Multifunctional Mobile App by Yelo

Yaşıl əmanət aksiyasına öz töhfəni verməyə tələs!

News feed

News

Absolutely online credit

Bankımız müştərilər üçün filiala gəlmədən kredit almaq imkanını təqdim edib. Bunun üçün Yelo Bank müştərisi olmaq da tələb olunmur. İstənilən şəxs yalnız Yelo App mobil tətbiqini yükləyərək zaminsiz və komissiyasız, illik 14%-dən başlayan 15 000 AZN-dək tam onlayn istehlak krediti ala bilər. 

Təqdim edilən əksər onlayn kreditlərdən fərqli olaraq yalnız müraciət deyil, kreditin təsdiqi də tam onlayn baş verir. Müştəri bir dəfə də olsun banka yaxınlaşmır. Kredit müraciətdən qısa müddət sonra təsdiqlənir. Əgər Yelo kart varsa, vəsait birbaşa ora köçürülür. Əgər yoxdursa, yeni kart açılır və təsdiqlənən nağd pul vəsaiti ora mədaxil edilir. Kart tam pulsuz şəkildə ünvana çatdırılır. 

Çatdırılma zamanı müştərinin üzərində yalnız şəxsiyyət vəsiqəsinin olmağı kifayətdir. Əlavə heç bir sənəd tələb olunmur. Hələlik çatdırılma xidməti yalnız Bakı şəhər daxilində reallaşdırılır.