Xəbərlər siyahısı

News

Landşaft dizaynı üzrə açıq tender

Ərazinin planı elana əlavə edilir və zərurət yarandığı təqdirdə baxış keçirmək mümkündür. Dizayn olunacaq ərazinin ümumi sahəsi 3607 kv.m


1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

-    Qiymət təklifi 
-    Ərazinin vizualizasiyası 
-    İstifadə olunacaq bitki,ağac,qazon örtüyü və.s material və avadanlıqların siyahısı
-    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
-    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
-    Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat)

2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-    Tender təklifləri 18 Yanvar 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-    Zərflərin hər küncü möhürlənməlidir. 
-    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir. 

3.    Ödəniş və digər şərtlər

-    Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. 
-    Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
-    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.

4.    Satınalan təşkilatın ünvanı 

-    Bakı ş. Puşkin küçəsi 30, AZ1010

-    Əlaqələndirici şəxslər: 

1)Elşad F. Rəhimov 

İnzibati və Təchizat departamentinin
Baş mütəxəssisi
+99412 981 daxili 1974
+99455 2140087
[email protected]

2) Fərid Mahmudov 

Arxitektor-Dizayner
+99450 3639742
[email protected]

5.    Tenderin nəticəsi haqqında məlumat

-    Tenderin nəticəsi haqqında məlumat tenderin hər bir iştirakçısına təqdim ediləcəkdir.