Yelo Bank 2022-ci ilin ikinci rübü üzrə maliyyə nəticələrini açıqladı. Bank bütün parametrləri üzrə müsbət tendensiyanı davam etdirir. Hesabata görə Yelo Bank cari ilin ilk 6 ayı üzrə 2.4 milyon manata yaxın xalis mənfəət əldə edib.
Bankın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 216 milyon, yəni 40% artaraq 750 milyon manatı ötüb.
Hesabat dövrü üzrə Bankın xalis faiz gəlirləri 2021-ci ilin analoji dövrü ilə müqayisədə 18% artaraq 25 milyon manatdan çox olub. Qeyri-faiz gəlirləri isə ötən ilin eyni dövrü ilə müqayisədə 4.3 dəfə artıb.
Bankın əmanət portfelində də nəzərə çarpan artım var. Portfel son 6 ayda 156 milyon manat artaraq 509 milyon manata çatıb. Cəlb olunan depozitlərin arasında yeni müştərilərin də sayının sürətlə artması Bank-ın həm şərtlər, həm də xidmət keyfiyyəti baxımından cəlbedici olduğunu göstərir.
İlin əvvəlindən Yelo Bank-ın kredit portfeli 91 milyon artaraq 537 milyon manata çatıb. Qeyd etmək lazımdır ki, verilən kreditlərin əsas hissəsi Yelo Bank-ın prioritet istiqamətlərdən olan real sektorun maliyyələşməsinə yönəldilib. 2022-ci ildə artıq 9 mindən çox müştəriyə 185 milyon manat biznes krediti verilib və nəticədə biznes portfel 28% artaraq 331 milyon manat olub. Eyni müddət ərzində 11 mindən çox müştəriyə 85 milyon manat istehlak krediti verilib və nəticədə bu istiqamət üzrə kredit portfeli 134 milyon manata çatıb. Bu satışın demək olar ki, 30%-i onlayn kanallar vasitəsilə həyata keçirilib.
Hesabat dövrünə Bank-ın məcmu kapitalı 91 milyon manatı ötüb. Bu da requlyativ tələbdən 41 milyon manat çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 15.45%, birinci dərəcəli kapitalın adekvatlıq əmsalı isə 9.52% olmaqla, hər iki göstərici üzrə tələb olunan normanı üstələyir.
Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov 2-ci rübün maliyyə nəticələrini belə şərh edib: “Əmanət və kredit portfellərində yüksək artım dinamikası həyata keçirilən inkişaf strategiyamızın əsas göstəricilərindəndir. Bankımız maliyyə tərəfdaşı kimi real sektoru fəal şəkildə dəstəkləməyə və ümumilikdə Azərbaycan iqtisadiyyatının inkişafına öz töhfəsini verməyə davam edəcək. İlin yarısını müsbət nəticələrlə geridə qoyduq. İlk 2 rüb ərzində bir neçə yeni rəqəmsal filial istifadəyə verdik, həmçinin innovativ və müştərilərin gündəlik həyatını rahatlaşdıracaq bankçılıq həlləri təqdim etdik. 2022-ci ilin sonunadək bu yenilikləri davam etdirərək daha böyük uğurlar əldə edəcəyimizə əminəm".
Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!