"Yelo Bank” ASC Brendin İdarəedilməsi Departamentinin sorğusu əsasında poliqrafiya və çap işləri üzrə ixtisaslaşmış şirkətləri texniki tenderdə iştirak etməyə dəvət edir.
Tenderin əsas şərtləri:
• Bu mərhələdə qiymət təqdim edilmir. Müsabiqə üçün təqdim ediləcək tender nümunələrinin hazırlanma xərcləri Bank tərəfindən ödənilir;
• İştirakçılar tələb olunan standartlara uyğun hazırlanmış nümunə işlərini Bankın Baş Ofisinə təqdim etməlidirlər;
• Nümunələri Sifarişçinin tələblərinə cavab verən və seçilən təchizatçılar növbəti – Maliyyə Tenderi mərhələsinə keçid hüququ qazanacaqlar.
Hazırlanmış nümunələrin Banka təqdim edilməsi üçün son tarix: 24.07.2026
Nümunələrin təqdim ediləcəyi ünvan:
Bakı şəhəri, Həsən bəy Zərdabi 81K, Yelo Bank, Baş Ofis
Əlaqələndirici şəxs: Leyla Abbasova (+994 55 213 70 12)
Tenderlə bağlı bütün suallar yazılı formada qeyd olunan tarixlər nəzərə alınmaqla aşağıdakı elektron poçt ünvanlarına göndərilməlidir:
Leyla Abbasova | leyla.abbasova@yelo.az | Mobil: +994552137012;
Surəti (CC): Rəşad Şükürov | rshukurov@yelo.az | Mobil: +994556700027
Qeyd: Bank daxili satınalma siyasətinə əsasən, bütün tender iştirakçılarına bərabər və şəffaf imkanlar təmin edilir. Tender sənədindəki bütün məlumatların məxfiliyinin qorunması mütləqdir.