Multifunctional Mobile App by Yelo

News feed

News

Grow your business with a 5% annual loan from Yelo Bank

Sahibkarlığın inkişafına və maliyyələşməsinə hər zaman dəstək olan Yelo Bank real sektorun inkişafı istiqamətində geniş imkanlar yaradır. Belə ki, Bank Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə əməkdaşlıq çərçivəsində illik 5%-dən başlayan biznes kreditləri təklif edir. 

Fondun vəsaiti hesabına Yelo Bank-dan 10 milyon manatadək biznes kreditini illik cəmi 5% ilə əldə etmək mümkündür. Əlavə olaraq, kredit götürmüş sahibkarlar kredit müddətinin yarısınadək güzəşt müddəti üstünlüyündən də faydalana bilər.

Qeyd edək ki, Yelo Bank 2022-ci ilin ilk rübü üzrə Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına verilən kreditlərin sayına görə müvəkkil banklar arasında ilk 5-likdə qərarlaşıb. Aprel ayının sonunadək Yelo Bank böyük əksəriyyəti regionlar, xüsusilə də kənd təsərrüfatı olmaqla, real sektorun inkişafına 2.3 milyon manat güzəştli kredit verib. Ümumilikdə isə bu dövr ərzində Bank bizneslərin maliyyələşməsinə 110.5 milyon manat kredit ayırıb.

Sifariş üçün istənilən filiala yaxınlaşa və ya linkə keçid edə bilərsiniz: https://bit.ly/yltrhgs

Bank xidmətləri (kredit, kart, depozit, mobil əlavə və s.) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!


Yelo Bank – Parlaq bankçılıq!