Multifunctional Mobile App by Yelo

HURRY TO GET A LOAN AT 9.5% INTEREST!

Xəbərlər siyahısı

News

Yelo Bankın yay təcrübə proqramı start götürüb

Yelo Bankın ənənəvi yay təcrübə proqramı: “Summer Challenge 2024”-ün iştirakçıları bəlli oldu. Ötən həftə Bankın baş ofisində proqramın açılış mərasimi keçirilib. Təcrübəçilər Bankın işəqəbul komandasının təqdimatında Yelo Bank və proqram haqqında geniş məlumat əldə etdilər. Daha sonra gənclər, onlar üçün təşkil olunan “welcome party”də təcrübə keçdiyi struktur bölmədəki komanda yoldaşları və mentorları ilə tanış oldular. Seçilmiş tələbələr üçün təcrübə proqramı 31 avqusta qədər davam edəcək. Bu müddət ərzində onlar sahələri üzrə biliklərini artırıb, real iş mühitində təcrübə qazanacaqlar. Proqramın sonunda yüksək performansı ilə fərqlənən iştirakçılar Yelo Bank-da işlə təmin olunacaqlar.

Yelo Bank bacarıqlı və parlaq peşakarlara üstünlük verdiyi kimi, istedadlı, amma təcrübəsi olmayan gəncləri də düşünərək onlar üçün əlverişli karyera imkanları yaratmağa çalışır. Bank gələcəkdə də gənclərlə bağlı müxtəlif tədbirlərin həyat keçirməsini planlaşdırır.


Kredit karti sifarisi ilə maraqlanırısınız? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Yelobank mobile application