Yelo Bank mütəmadi olaraq gənclərin peşəkarlar kimi yetişdirilməsi üçün müxtəlif layihələr reallaşdırır. Sürətlə inkişaf edən İT sahəsi üzrə mütəxəssislərə tələbin hər gün daha da artmasını nəzərə alan Yelo Bank-ın başladığı “IT Lab” proqramı yekunlaşıb.
Layihə çərçivəsində İT sahəsinə marağı olan və gələcək karyerasını bu istiqamətdə qurmaq istəyən potensiallı 35 gənc üç ay ərzində nəzəri biliklər əldə etməklə yanaşı, "Agile" metodologiyasında real iş mühiti ilə də tanış oldular.
Proqram maliyyə və İT üzrə 20 ildən çox beynəlxalq təcrübəyə malik «GNI Software» şirkəti ilə birgə həyata keçirilib. Proqramın birinci hissəsində Yelo Bank-ın və «GNI Software» şirkətinin ixtisaslı komandası tərəfindən sahə üzrə zəruri olan nəzəri təlimlər keçirilib. Proqramın ikinci hissəsində isə öyrənilmiş biliklərin tətbiqinə xüsusi şərait yaradılıb. İştirakçılar Bankın fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, müasir korporativ mühitlə yaxından tanış olublar.
Proqramın sonunda keçirilən bağlanış tədbirində bütün iştirakçılar sertifikat və tövsiyə məktubları ilə təltif edilib. Qeyd edək ki, proqramın ən fəal iştirakçıları Bankın müvafiq departamentlərində işlə təmin olunacaqlar. Onlardan biri olan Aysu Tağızadə layihə haqqında öz fikirlərini bölüşdü: “Yelo IT Lab ilk qatıldığım təcrübə proqramıdır. Hər zaman mehriban və gəncləri irəli aparan komanda sayəsinsə SQL-i sıfırdan öyrəndim. Yelo Bank-ın təmin etdiyi bütün imkanları dəyərləndirdim, nəticədə karyeramın ilk fürsətini qazandım.”
Digər iştirakçı, eyni zamanda proqramı fərqlənmə ilə tamamlayan Şərəbiddin Əhməyev də təəssüratlarını belə ifadə etdi: “Proqrama seçildiyimdə təməl biliklərə sahib idim. Buradakı professional iş mühiti sayəsində biliklərimi artırdım, həm də praktiki olaraq inkişaf etdirdim. Yelo Bank-da ən müsbət cəhətlərdən biri boş vaxtlarımı səmərəli dəyərləndirə bilməyim üçün istirahət zonalarının mövcudluğu idi. Şadam ki, hazırda parlaq Yelo ailəsinin bir üzvüyəm.”
Abuzər Kərimzadə də Yelo IT Lab sayəsində iş imkanı əldə etmiş gənclərdən biridir: “Peşəkar heyət 3 ay boyunca proqram materialını tam informativ çatdıra bildi. Bura netvörkinq üçün əla fürsətdir. Ən əsası proqram boyunca bizim istəklərimiz dinlənilir və nəzərə alınırdı. Kollektivin gənclərə isti yanaşması, mentorların xüsusi diqqətindən aldığım motivasiya sayəsində bu gün Yelo Bank üzvüyəm. Təşkilatçılara ürəkdən təşəkkür edirəm.”
Qeyd edək ki, Yelo Bank gənclər üçün ilin sonunadək daha bir neçə karyera layihələrinin həyata keçirilməsi planlaşdırılır. Gələcək layihələrlə bağlı ətraflı məlumat üçün sosial şəbəkələrdə Yelo Bank və Yelo Team səhifələrini izləyə bilərsiniz.
Bank xidmətləri, o cümlədən avto kredit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!