Yelo-dan çoxfunksiyalı mobil əlavə

Komitələr

Audit komitəsi

Audit Komitəsinin sədri: Tomas Enqelhard

Komitə üzvləri:

  • Yusif Abdullayev
  • Cəlal Hacıbəyov

Risklərin idarəedilməsi komitəsi

Komitə sədri: Endryu Pospielovski 

Komitə üzvləri:

  • Tomas Enqelhard
  • Kamran Heydərov

Risklərin idarə edilməsi komitəsi Bankda idarəetmənin effektivliyinin artırılması, risklərin idarə edilməsi və risklərə nəzarətin gücləndirilməsi üçün fəaliyyətdə olan kollegial orqandır.

Komitə Bankın risklərin idarə edilməsi üzrə strategiyası və siyasətinin müəyyən edilməsi, risklərin aşkarlanması və qiymətləndirilməsi üzrə müvafiq metod və vasitələrin seçilməsi və onların reallaşması tezliyinin müəyyən edilməsi, aşkar olunan və qəbul olunan risklərin onların idarə edilməsi üzrə strategiya və siyasətə uyğunluğunun monitorinqi, müxtəlif növ risklər üzrə limitlərə baxılması və təsdiq olunması üçün Müşahidə Şurasına təqdim olunması, Müşahidə Şurasına Bankın vaxtaşırı məruz qaldığı risklərin vəziyyəti barədə, risklərin idarə edilməsi sisteminin adekvatlığı və risklərin idarə edilməsi prosesinin effektivliyi barədə hesabatın təqdim olunması və risklərin idarə olunması ilə bağlı qanunvericilik və daxili sənədlərlə müəyyən edilmiş digər vəzifələrə malikdir.

Mükafatlandırma komitəsi

Komitənin sədri: Marina Kulişova

Komitənin üzvləri:

  • Anar Həsənov
  • Günay Cəlilova

Komitə, Bankda mükafatlandırma siyasətinin hazırlanması, mükafatlandırma prosesinə nəzarətin həyata keçirilməsi, mükafatlandırmanın həcmi üzrə təkliflərin verilməsi sahəsində səlahiyyətli kollegial struktur bölmədir.

Bankın Mükafatlandırma Komitəsinin fəaliyyət prinsipləri aşağıdakı kimidir:

  • Müstəqillik – Komitənin üzvləri qərar qəbul etməkdə tam müstəqildir və onlara kənar təsir olmamalıdır;
  • Peşəkarlıq – Komitə üzvləri mükafatlandırma ilə əlaqədar dəqiq və ətraflı şəkildə qiymətləndirmə aparmalı və qərarlar yalnız əsaslandırılmış dəlillər əsasında qəbul edilməlidir;
  • Şəffaflıq və kollegiallıq – qərarlar Komitənin bütün üzvləri arasında açıq və aydın müzakirələr nəticəsində edilməlidir;
  • Riskə görə nəticə – Komitənin üzvləri qəbul etdikləri qərarların Bankın risk siasətinə uyğunluğuna əmin olmalıdırlar.

Aktiv və passivlərin idarəedilməsi komitəsi

Komitənin sədri: Emil Duşdurov 

Komitənin üzvləri:

  • Anar Həsənov
  • Elşən Pirmalıyev
  • Günay Cəlilova 
  • Fəridə Pirverdiyeva 
  • Bəhruz Nadirov
  • Nuraləm Səfərov 
  • Pərvin Hümbətov 

Aktiv və passivlərin idarəedilməsi komitəsi Bankda aktiv və passivlərlə əlaqədar risklərin idarə edilməsi və bu sahədə maksimal gəlirliliyin əldə edilməsi üçün səmərəli idarəetməyə nail olmaq məqsədi daşıyan kollegial orqandır. Komitə aktiv və passivlərin idarə edilməsi üzrə ümumi və ayrı-ayrı sahələr üzrə qərarlar qəbul edir, qərarların icrasına nəzarət edir, Müşahidə Şurasına öz səlahiyyətləri çərçivəsində təkliflər verir. Komitənin vəzifələrinə Bankın aktiv və passivlərin idarə edilməsi ilə bağlı bütün proseslərin hazırlanmasında iştirak, Müşahidə Şurası tərəfindən təsdiq olunan maksimal məqbul risk səviyyəsi çərçivəsində aktivlərin gəlirliliyinin artırılması, likvidliklə bağlı təhlil və proqnozların təsdiq olunma üçün təqdim edilməsi, eləcə də qanunvericiliklə və daxili sənədələrlə müəyyən edilmiş digər vəzifələr aiddir.

İT komitəsi

Komitənin üzvləri:

  • Emil Duşdurov 
  • Teymur Rəhimov 

Komitə Bankın Azərbaycan Respublikasının maliyyə bazarında texnoloji liderlərdən birinə çevrilmək, yüksək kefiyyətli bank və maliyyə xidmətləri göstərməyi hədəfləyən informasiya texnologiyaları üzrə stretegiyasının həyata keçirilməsi prosesinə nəzarət edir və yönləndirir.

Müəyyən olunmuş məqsədlərə nail olmaq üçün Komitənin aşağıdakı funksiyaları var:

  • Bankın informasiya texnologiyaları sahəsində siyasətinin müəyyən edilməsi
  • İnformasiya texnologiyalarının inkişafı ilə bağlı öz səlahiyyətləri çərçivəsində qərarların qəbul edilməsi
  • İT satınalmaların planlaşdırılması və bununla bağlı qərarların qəbul edilməsi
  • İT və kommunikasiyalarla bağlı xərclərin analizi, effektivliyin dəyərləndirilməsi
  • Bankda İT işinin mükəmməlləşdirilməsi üzrə təkliflərin dəyərləndiriliməsi və təsdiqlənməsi.

Kredit komitəsi

Komitənin sədri: Anar Həsənov

Kredit komitəsinin üzvləri:

  • Elşən Pirmaliyev
  • Natiq Mirzəyev

Bankın qəbul olunmuş kredit siyasətinə müvafiq olaraq kredit risklərini idarə edir, öz səlahiyyəti daxilində kreditlərin verilməsi, verilmiş kreditlərin şərtlərinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edir. 

Кiçik kredit komitəsi

Komitənin sədri: İbrahim Quliyev

Komitənin üzvləri:

  • Mirzağa Əhmədov 
  • Samir Əfəndiyev
  • Emin Babayev

Kiçik kredit komitəsi öz limitləri çərçivəsində kredit üzrə qərarlar qəbul edən, daimi fəaliyyət göstərən kollegial orqandır. Komitənin səlahiyyətlərinə öz limitləri çərçivəsində Bankın müştərilərinə standart kreditlərin verilməsi üzrə məsələlərə baxılması və qərarların qəbul edilməsi, mövcud kreditlərin restrukturizasiyası və şərtlərini dəyişdirilməsi üzrə qərarların qəbul edilməsi, kredit portfelinin monitorinqi nəticələrinə baxılması və portfelin növbədənkənar monitorinqi üzrə məsələnin inisiasiyası, eləcə də qanunvericiliklə və daxili sənədələrlə müəyyən edilmiş digər vəzifələr aiddir.

Korporativ İdarəetmə Komitəsi

Komitənin sədri: Marina Kulişova

Komitə üzvləri:

  • Tomas Enqelhard
  • Səbinə Məmmədova