Xəbərlər siyahısı

Xəbərlər

6 nominasiya üzrə qalib seçildik!

Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən hər il ənənəvi olaraq keçirilən “Bankçılıq Mükafatları” çərçivəsində 2025-ci ilin yekunları üzrə qaliblər elan edilib. Yelo Bank-ın ötən il ərzində müxtəlif istiqamətlər üzrə həyata keçirdiyi effektiv fəaliyyət ABA tərəfindən yüksək qiymətləndirilib.
 
Bank aşağıdakı 6 fərqli nominasiya üzrə mükafata layiq görülüb:
 
•    Korporativ sosial məsuliyyət;
•    Maliyyə savadlılığı dəstəkçisi;
•    Təhsil dəstəkçisi;
•    Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü;
•    Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi;
•    Dayanıqlı bankçılıq üzrə layihələr (ESG).
 
Yelo Bank üçün 2025-ci il həm rəqəmsallaşma, həm də sosial məsuliyyət baxımından olduqca məhsuldar keçib. Sözügedən istiqamətlər üzrə həyata keçirilən layihələr, xüsusilə təhsilə dəstək, KOB-in maliyyələşdirilməsi və dayanıqlı inkişaf təşəbbüsləri Bankın gündəlik fəaliyyət strategiyasının ayrılmaz hissəsidir.

Tecili kredit axtarırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!