Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Müştərilərimizə vacib məlumat

Dəyərli müştəri,

 

Nəzərinizə çatdıraq ki, mövcud kart tarifləri üzrə dəyişikliklər olacaq. Belə ki, 4 dekabr 2024-cü il tarixindən etibarən kənar terminallarda Yelo kart hesablarına komissiyasız mədaxil limiti maks. 2000 AZN (ekv.) təşkil edəcək. Ay ərzində 2000,01 AZN (ekv.) məbləğdən artıq mədaxil olduqda isə 1% komissiya haqqı tətbiq olunacaq. Xatırladaq ki, kart hesablarına limit və komissiya olmadan mədaxil edə bilərsən:

 

- Yelo App vasitəsilə həm Yelo Bank-a məxsus, həm də digər bank kartlarından hesabına komissiyasız mədaxil edə bilərsən.

- Yelo Bank-a məxsus Cash in terminalları və istənilən filiallarımızda kassada hesabına komissiyasız mədaxil edə bilərsən.