Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Təhlükəsizlik qaydaları

Yelo Bank-ın kart məlumatlarının təhlükəsizliyi üzrə qaydalarla tanış ol, özünü fırıldaqçılardan qoru. Unutma ki, bank kartının təhlükəsizliyi ilk növbədə sənin əlindədir.

  • Kartın üzərindəki 16 rəqəmi, PİN-kodu, CVV-kodunu və SMS ilə göndərilən 3D şifrəsini heç kimlə paylaşma.
  • Kart üçün PİN-kod təyin etdikdə asanlıqla təxmin edilən rəqəmlərin kombinasiyasından (1234, 0000 və s.), mobil nömrənizin sonluğundan, doğum tarixindən və s. istifadə etməməyi tövsiyə edirik.
  • Kartın PİN-kodunu asanlıqla ələ keçirilə bilən yerlərdə saxlama.
  • Daxil etdiyin PİN-kodu ikinci tərəfin görməsinə imkan vermə, kənar şəxslərə kartını həvalə etmə.
  • Kartın ön və arxa hissəsinin şəklini heç kimə göndərmə.
  • Şübhəli vebsaytlarda kart məlumatlarını daxil etmə.
  • Dələduzluq risklərini minimuma endirmək üçün Yelo App-də pul vəsaitlərinin çıxarılmasına gündəlik limit müəyyən et;
  • Karta nağd pul kimi yanaş, onu asanlıqla itirə biləcəyin yerlərdə saxlama.
  • Kartın itirildiyi təqdirdə dərhal bankla (tel: 981) əlaqə saxla və Yelo App vasitəsilə kartı blokla.