Dəyərli müştərilər,
Yelo Bank-ın kart xidmətlərində tətbiq olunan tariflərdə 9 yanvar 2026-cı ilı tarixindən aşağıdakı dəyişikliklər həyata keçiriləcək:
- Yelo Infinite kartı üzrə SMS Banking xidməti üçün aylıq 3 AZN tarif tətbiq ediləcək. Xatırladaq ki, mədaxil və məxariclərinizə Yelo App vasitəsilə 24/7 nəzarət edə bilərsiniz.
- Yelo Bank ASC və Azərpoçt MMC-yə məxsus ofislərdə Yelo Digital, Yelo Light, Yelo Premium, Yelo Infinite və Yelo kredit/taksit kartları ilə (yalnız şəxsi vəsaitdən istifadə edilməklə) aparılan POS-nağdlaşdırma əməliyyatları üzrə aşağıdakı tariflər müəyyən olunur:
- Bir kart üzrə ay ərzində 10 000 AZN (və ekvivalenti) məbləğədək — 0% komissiya
- Bir kart üzrə ay ərzində 10 000,01 AZN (və ekvivalenti) məbləğdən artıq olduqda — 1% komissiya (minimum 1 AZN/USD/EUR)
- Kart qalığına illik faiz hesablanması yalnız Yelo Infinite kartı üzrə aparılacaq. Digər kart sahibləri isə əlavə gəlir üçün keşbek imkanını, əmanət məhsullarını və Yelo Invest xidmətini dəyərləndirməyə davam edəcəklər.
Əgər vəsaitindən gəlir qazanmaq, eyni zamanda onu istədiyin kimi idarə etmək istəyirsənsə, Yelo Sərbəst əmanəti tam sənlikdir:
✔️ İllik 10%-dək parlaq gəlir,
✔️ İstənilən vaxt əmanətdəki məbləği artırıb-azalda bilərsən,
✔️ Kapitalizasiya funksiyası sayəsində hər ay əmanətdən qazanılan faizlərdən də gəlir əldə edirsən,
✔️ Əmanəti qismən çıxardıqda və ya bağladıqda cərimə və faiz itkisi olmur, hesablanan faizləri tam alırsan,
✔️ Yelo App vasitəsilə banka gəlmədən onlayn əmanət yerləşdirə bilərsən.