Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda CVM şöbəsində Data analitik vakansiyasını elan edirik.
Struktur: CVM şöbəsi
Vəzifə: Data analitik
Bilavasitə tabeçiliyi: Menecer
Vəzifə öhdəlikləri:
- Gəlirli və müştəri yönümlü təkliflər dəstinə nail olmaq məqsədi ilə şirkətin məhsul və xidmət portfelinin uyğunlaşdırılması üçün data analitika əsasında təkliflərin verilməsi;
- Layihənin və ya proqramın həyata keçirilməsini əsaslandırmaq üçün biznes - halların hazırlanmas (biznes halları faydanın, xərcin və riskin analitik əsaslandırılması funksiyasını daşıyır);
- Müştərilərin saxlanılması, əldə olunan gəlir, istifadə, və göstəricilər baxımından hər bir kampaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi üzrə müvafiq hesabatların hazırlanması;
- Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, həmçinin müsbət dəyişikliklərin sonadək tətbiqinə dair rəyin verilməsi;
- Müştəri istifadənin stimullaşdırılması təşəbbüsləri, artan/çarpaz satış və saxlama kampaniyaları kimi hədəf marketinq kampaniyalarının icrası.
Tələblər:
- İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil;
- Biznesin / Data analitikası, Məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər;
- CRM, Məlumatların təhlili və işlənməsi və ya proqnozlaşdırma sahəsində minimum 1 illik iş təcrübəsinə malik olmaq arzuolunandır;
- Yüksək Excel bilikləri;
- SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqlar;
- Stata, R, Phyton və digər statistik alətlər üzrə əsas biliklər;
- Təhlil bacarığı;
- Problem həlletmə bacarığı;
- Komanda işi və əməkdaşlıq bacarığı;
- Azərbaycan və İngilis dillərini bilməli;
- Ünsiyyət bacarıqları.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
- Sığorta proqramına qoşulma imkanı;
- Müasir idarəetmə sistemi və mehriban kollektiv.
Siz elektron poçtun “mövzu” yerinə “Data analitik” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına da göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Please send your CV to the email [email protected] indicating the vacancy on the subject line
Apply for this vacancy