Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

CVM şöbəsi, Data analitik

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda CVM şöbəsində Data analitik vakansiyasını elan edirik.

Struktur: CVM şöbəsi
Vəzifə: Data analitik
Bilavasitə tabeçiliyi: Menecer

Vəzifə öhdəlikləri:

  • Gəlirli və müştəri yönümlü təkliflər dəstinə nail olmaq məqsədi ilə şirkətin məhsul və xidmət portfelinin uyğunlaşdırılması üçün data analitika əsasında təkliflərin verilməsi;
  • Layihənin və ya proqramın həyata keçirilməsini əsaslandırmaq üçün biznes - halların hazırlanmas (biznes halları faydanın, xərcin və riskin analitik əsaslandırılması funksiyasını daşıyır);
  • Müştərilərin saxlanılması, əldə olunan gəlir, istifadə, və göstəricilər baxımından hər bir kampaniya rentabelliyinin (ROI) izlənilməsi və qiymətləndirilməsi üzrə müvafiq hesabatların hazırlanması;
  • Mövcud sistemlərin və proseslərin təkmilləşdirilməsi, həmçinin müsbət dəyişikliklərin sonadək tətbiqinə dair rəyin verilməsi;
  • Müştəri istifadənin stimullaşdırılması təşəbbüsləri, artan/çarpaz satış və saxlama kampaniyaları kimi hədəf marketinq kampaniyalarının icrası.

Tələblər:

  • İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil;
  • Biznesin / Data analitikası, Məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər;
  • CRM,  Məlumatların təhlili və işlənməsi və ya proqnozlaşdırma sahəsində minimum 1 illik iş təcrübəsinə malik olmaq arzuolunandır;
  • Yüksək Excel bilikləri;
  • SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqlar;
  • Stata, R, Phyton və digər statistik alətlər üzrə əsas biliklər;
  • Təhlil bacarığı;
  • Problem həlletmə bacarığı;
  • Komanda işi və əməkdaşlıq bacarığı;
  • Azərbaycan və İngilis dillərini bilməli;
  • Ünsiyyət bacarıqları.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sığorta proqramına qoşulma imkanı;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Data analitik” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına da göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

Yelo-dan çoxfunksiyalı mobil əlavə