- Type: Full-time
- Job Function: Finance, Business and Administration
- Posted Date: 18-11-2024
- Deadline: 28-12-2024
Description
- Bankın proqram təminatlarının dəstəklənməsi və onların düzgün işləməsini təmin etmək.
- Biznes prosesləri və iş proseslərini, həmçinin onların mövcud və gələcək proqram təminatı ilə əlaqələrini anlamaq və sənədləşdirmək.
- Təcrübələrə və sənaye həllərinə əsaslanaraq arzu olunan hədəflərə çatmaq və ya yaxşılaşdırmaq üçün alternativ həllər təklif etmək.
- Təklif olunan layihələrin miqyasını, faydalarını və risklərini optimallaşdırmaqda biznes istifadəçilərinə və İT rəhbərliyinə yardım etmək.
- Bank və əlaqəli sistemlərinin inkişafı və təkmilləşdirmə sahəsində layihələrin müstəqil təşəbbüsü və reallaşması.
- Texniki şöbə ilə əlaqəli iş sorğularını və layihə fəaliyyətlərini müvafiq bölmələr arasında idarə və koordinasiya etmək.
- Sistem tələblərinin təhlili, sənədləşdirilməsi və onların texniki komandaya ötürülməsi.
- Müxtəlif sistemlər arasında inteqrasiyaların idarə edilməsi və optimallaşdırılması.
- Texniki tapşırıq üzrə dəyişikliyin icra dövründə monitorinq edilməsi və dəyişikliyin tələblərə uyğunluğunun yoxlanılması.
- Dəyişiklik edilmiş Biznes prosesin test mərhələsində Sifarişçiyə və Bank Sistemlərinə dəstək komandasına təqdim olunmasında iştirak.
- Biznes prosesin proqramlaşdırma komandası ilə razılaşdırılması və görülən işlər barədə hesabatların təqdim edilməsi.
- Analiz zamanı hesabat hazırlanmasının mümkünlüyünün təmin edilməsi və yarana biləcək potensial risklərin müəyyən edilməsi.
- Tələblərin toplanması və təhlili, xarici və daxili işçi qrupları ilə ünsiyyətin aparılması.
- Biznes proseslərinin təkmilləşdirilməsi və optimallaşdırılması üçün təkliflərin hazırlanması və tətbiqi.
Remark
- Müvafiq sahə üzrə bank sektorunda ən azı 2 il iş təcrübəsi.
- Bankda kredit və qeyri-kredit prosesləri və məhsulları qanunvericilik üzrə biliklər.
- Yüksək analitik bacarıq.
- Biznes proseslər üzrə texniki sənədin (istifadəçi və texniki səviyyədə-use case) hazırlanması üzrə təcrübə.
- Biznes proses üzrə test ssenarilərinin hazırlanmasında iştirak təcrübəsi.
- CRM sistemləri ilə iş təcrübəsi.
- BPM (Business Process Management) sistemləri ilə iş təcrübəsi.
- Rus dili əlavə səviyyədə olan namizədlərə üstünlük veriləcəkdir.
- Sistem analizi və inteqrasiya bacarıqları.
- SQL və verilənlər bazası bilikləri.
- Proqramlaşdırma dillərində (məsələn, Java, PL/SQL) anlayış və təcrübə arzuolunandır.
- Sistem tələblərinin yazılması və təhlili üzrə təcrübə.
- İnteqrasiya həlləri və sistemlər arasında əlaqələrin qurulması təcrübəsi.
- Middleware, ESB (Enterprise Service Bus) və API Management sistemləri ilə iş təcrübəsi arzuolunandır
- Web xidmətlər (SOAP, REST) və mikroservislər üzrə biliklər.
- CI/CD, DevOps və avtomatlaşdırma təcrübəsi arzuolunandır.
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Tibbi sığorta proqramına qoşulma
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
Ready to join our team?
Apply for this vacancy