Multifunctional Mobile App by Yelo

List of all vacancies

Hüquq departamentinin aparıcı hüquqşünası/baş hüquqşünası

  • Type: Full-time
  • Job Function: Legal services
  • Posted Date: 04-02-2025
  • Deadline: 16-03-2025

Description

Təsvir

  • Bankın fəaliyyəti ilə əlaqədar olaraq öhdəlik, təminat, təsərrüfat və s. müqavilələrin layihələrinin hazırlanması və hüquqi rəylərin verilməsi;
  • Təqdim edilmiş müqavilə layihələrinin hüquqi ekspertizası;
  • Üçüncü şəxslərdən daxil olmuş müraciətlərə baxılması və onların cavablandırılması prosesinə hüquqi dəstəyin verilməsi;
  • Bankın filial, şöbə, nümayəndəliyinin yaradılması və ya ləğv edilməsi də daxil olmaqla struktur dəyişikliyi prosesinə hüquqi dəstəyin verilməsi;
  • Bankdaxili tənzimləyici sənədlərin layihələrinin hüquqi ekspertizası və qanunvericiliyə uyğunlaşdırılması;
  • Bankda əmək qanunvericiliyinin tətbiqi prosesinə hüquqi dəstəyin verilməsi;
  • Hüquq departamentinə daxil olmuş sorğuların cavablandırılması;
  • Bankın əcnəbi işçilərinə iş icazələrinin əldə edilməsi və qeydiyyat sənədi almaq, habelə müvafiq işçilərin ailə üzvləri üçün yaşayış icazəsinin əldə edilməsi prosesinə hüquqi dəstəyin verilməsi;
  • Bankın fəaliyyətinə təsir edən qanunvericilikdə baş vermiş dəyişikliklərlə bağlı hüquqi rəylərin hazırlanması;
  • Bankın əqli mülkiyyət hüquqlarının qeydiyyat alınması, müdafiəsi üçün zəruri hərəkətlərin edilməsi, bu sahədə struktur bölmələrin fəaliyyətini əlaqələndirmək;
  • Hüquq departamentinin fəaliyyəti ilə əlaqədar olaraq digər vəzifələr.



Remark

Aparıcı hüquqşünas üzrə:

  • Ali hüquq təhsili;
  • Maliyyə bazarları subyektlərində 2 ildən çox iş təcrübəsi;
  • Vəzifə öhdəlikləri üzrə zəruri hüquqi biliklər;
  • Kompüterdə işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyə bilmək (ingilis və ya rus dilini bilənlərə üstünlük verilə bilər).


Baş hüquqşünas üzrə:

  • Ali hüquq təhsili;
  • Maliyyə bazarları subyektlərində 3 ildən çox iş təcrübəsi;
  • Vəzifə öhdəlikləri üzrə zəruri hüquqi biliklər;
  • Kompüterdə işləmək bacarığı;
  • Azərbaycan dilini mükəmməl səviyyə bilmək (ingilis və ya rus dilini bilənlərə üstünlük verilə bilər).


Ready to join our team?

Apply for this vacancy