- Type: Полная занятость
- Job Function: Наука, Технологии, Инженерия
- Posted Date: 16-04-2026
- Deadline: 16-05-2026
Description
- Müştəri yönümlü və gəlir artırıcı təkliflərin hazırlanması üçün data əsaslı analizlərin aparılması və biznesə actionable insight-ların təqdim edilməsi;
- Məhsul və xidmət portfelinin optimallaşdırılması üçün analitik modellər və seqmentasiya yanaşmalarının tətbiqi;
- Biznes halların (Business Case) hazırlanması: gəlir, xərc, risk və ROI analizlərinin aparılması;
- Marketinq kampaniyalarının (upsell, cross-sell, retention) planlanması, kampaniyaları idarə edilməsi platforması üzərindən real zaman senarilərin qurulması və performansının ölçülməsi;
- Kampaniyaların ROI, müştəri davranışı, istifadə və gəlir göstəriciləri üzrə monitorinqi və hesabatların hazırlanması üçün Bi və Reportinq komandası ilə sıx əməkdaşlıq;
- Müştəri 360° baxışının formalaşdırılması və inkişaf etdirilməsi (seqmentasiya, davranış analizi);
- Məlumatların təmizlənməsi, transformasiyası və analiz üçün uyğun formata salınması;
- Məlumat keyfiyyətinin (data quality) təmin edilməsi üçün Datanın İdarə edilməsi komandası ilə sıx əməkdaşlıq;
- Mövcud sistem və proseslərdə təkmilləşdirmə imkanlarının müəyyən edilməsi və tətbiqinə dəstək;
- Məlumat bazası ilə bağlı layihələrdə iştirak və texniki/analitik tələblərin verilməsi;
- Biznes və texniki komandalar arasında kommunikasiya körpüsü rolunun icrası;
Remark
Təhsil:
- İqtisadiyyat, Marketinq, Tətbiqi Riyaziyyat və digər əlaqəli sahələr üzrə ali təhsil.
Tələb olunan iş təcrübəsi (il):
- Data analitika, biznes analitika və ya əlaqəli sahədə minimum 2-3 il iş təcrübəsi;
- CRM, məlumatların təhlili və işlənməsi və ya proqnozlaşdırma sahəsində, Telco, FMCG, Maliyyə və digər müvafiq sektorlar üzrə minimum 1 illik iş təcrübəsinə malik olmaq arzuolunandır.
Tələb olunan bilik, bacarıqlar
- Biznes data analitikası, məlumatların təhlili və işlənməsi üzrə əsas biliklər;
- Azərbaycan dili səlis, ingilis dili yaxşı səviyyədə bilməli;
Tələb olunan kompüter proqramları üzrə biliklər (1C, keeper və s.):
- Yüksək Excel bilikləri;
- SQL kodlaşdırma dilləri üzrə əsas bacarıqlar;
- Stata, R, Phyton və digər statistik alətlər üzrə əsas biliklər;
- Tableau \ Data Vizuallaşdırılması;
- Kampaniyaların idarəedilməsi platforması üzrə təcrübə (EVAM) arzuolunandır.
Tələb olunan şəxsi keyfiyyətlər:
- Təhlil bacarığı;
- Yaxşı ünsiyyət bacarığı;
- Problem həlletmə bacarığı;
- Komanda işi və əməkdaşlıq bacarığı.
Готовы присоединиться к нашей команде?
Подать заявку на эту вакансию