Многофункциональное мобильное приложение Yelo

Все вакансии

Müştəri məsləhətçisi (Sədərək filialı)

  • Type: Полная занятость
  • Job Function: Продажи и Обслуживание Клиентов
  • Posted Date: 25-11-2024
  • Deadline: 25-12-2024

Description

·        Müştəriləri qarşılayır, salamlayır, istiqamətləndirir;

·        Bankın bütün məhsulları haqqında məlumatı olmalıdır;

·        Müştəriləri məhsullar və xidmətlər haqqında məlumatlandırır;

·        Müştərilərin Banka gəlişinin məqsədini müəyyənləşdirir,suallarını cavablandırır, lazım gəldikdə seçimlərində köməklik edir;

·        Müştərilərin problemlərini dinləyir və həll etməyə çalışır. Əgər problem digər Departament və şöbələrin cəlbi ilə həll olunursa, bu halda müştərini Filial Rəhbərinə yönəldir;

·        Müştəri şikayətlərini qəbul edir “Müştərilərin şikayət, təklif və sorğuları ilə iş üzrə prosedura” uyğun olaraq yönəldir;

·        Müştərini özünəxidmət (ATM, Cash in və s.) avadanlığına istifadə üçün yönəldir, lazım olduğu təqdirdə onu avadanlıqdan istifadə üçün maarifləndirir;

Filialda özünəxidmət ( ATM, Cash İn və s.) və növbə tənzimləmə avadanlığının işlək vəziyyətdə olmasını periodik yoxlayır. Problem olduğu təqdirdə Filial Rəhbərinə məlumat verir;

·        Müştərini növbə tənzimləmə aparatına yönəldir və xidmət seçimində dəstək olur;

·        Əməkdaşların növbə tənzimləmə aparatının daim online vəziyyətdə olmasına və növbə gözləyən müştərilərin xidmət üçün qəbul edilməsinə nəzarət edir.

·         Filialda hər hansı səliqəsizlik aşkarlandıqda xadiməni dərhal çağırmalı,masalardakı səliqəyə, filialın ümumi daxili görünüşünə və bukletlərin səliqəsinə mütəmadi nəzarət etməli;

·         Funksional tabe olduğu Departamentin direktoru, Departament direktoru müavini,şöbə müdiri və filial müdiri tapşırıqlarını yerinə yetirir;

·         Müştəri müraciət etdikdə GNİ ABS axtarış ekranı üzrə müştəri məlumatlarını izləyir,hesab nömrə və unikal kodu təqdim edə bilir və yaranmış müvafiq suallara cavab verir;

·        Bankın daxili nizam-intizam qaydalarına və etik davranış normalarına daim riayət edir;

·       Təhkim olunmuş əsas vəsaitlər və digər qiymətlilərə görə cavabdehlik daşıyır;

·       Daim bankın imic və mənafeyini müdafiə edib qoruyur;

·     Bu Vəzifə təlimatı ilə nəzərdə tutulan vəzifə və funksiyaların, eləcə də rəhbərliyin birbaşa verdiyi birdəfəlik göstəriş və tapşırıqların hər hansı bir səbəbdən vaxtında və tam icra oluna bilməməsi barədə Pərakəndə məhsullarının satışı departamentinə, filial müdirinə/ MXD-nın direktoruna məlumat verir.

·    Vəzifə öhdəliklərinin yerinə yetirilməsi zamanı AR qanunvericiliyin, o cümlədən Mərkəzi Bankın normativ xarakterli aktlarına və bankdaxili normativ sənədlərin tələblərinə əməl etmək


Remark

  • Ali təhsil;
  •  İş təcrübəsi - Bank sahəsində minimum 1 il;
  •  Ünsiyyət qurmaq və satış bacarığı;
  •  Riyazi biliklər;
  •  Komandada işləmək bacarığı.
Готовы присоединиться к нашей команде?

Подать заявку на эту вакансию