Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Agile Ekspert Mərkəzi, Agile Coach

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Agile Ekspert Mərkəzi, Agile Coach” vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq. 

Struktur: Agile Ekspert Mərkəzi
Vəzifə: Agile Coach
Bilavasitə tabeçiliyi: İdarə Heyəti

Vəzifə öhdəlikləri:

  • Daxili və idarəetmə proseslərində Agile komandanı proseslərə uyğun yönəldilməsinə nəzarət etmək və təlimatlandırmaq
  • Agile metodları ilə işləmə yollarının tətbiq edilməsini təmin etmək
  • Məhsulların yaradılması, İT/Proqramlaşdırma və Uİ/UX dizayn üzrə struktur bölmələrinin rəhbərləri ilə sıx əməkdaşlıq edərək məhsulun yaradılması, dizaynı, mühəndislik üzrə Agile təcrübələri tətbiq etmək
  • Məhsul sahiblərinin məhsullar üzrə yol xəritələri və backlog prioritetləşdirilməsini, Bankın strateji baxış və biznes planları ilə uyğunlaşmasını təmin etmək
  • Banka və kross-funksional komandalara Agile metodologiyalarının istifadə edilməsinə dair təlimlər keçirmək
  • Komanda və bankın digər əlaqəli istiqamətlərdə Agile prinsipləri və təcrübələrini bölüşmək və tətbiq etmək
  • Məhsulun yol xəritəsi üzrə planlaşdırma və backlog-un idarəedilməsində məhsul sahiblərinə dəstək vermək
  • Komandalarda effektiv iş prosesinin qurulması və qoyulmuş biznes hədəflərinə çatması isitqamətində lazımı tədbirlərin görülməsi, yaranan çətinliklərin vaxtında aradan qaldırılması üzrə komandaları yönəltmək və dəstək olmaq
  • Komandaların məhsulların yaradılmasına dair Bankın daxili prosedur və qaydalara riayət edilməsi, Agile “ceremony”yalarının tam və düzgün şəkildə aparılması üzrə mütəmadi qiymətləndirməni aparmaq, dəyişikliklərə ehtiyac olduğu halda prosedur və proseslərin yenilənməsində iştirak etmək, tətbiq edilməsində dəstək vermək
  • Bütün komanda üzvləri arasında əməkdaşlığı gücləndirmək, qarşılıqlı öyrənmə və bir-birinə dəstək verməyə təşviq etmək
  • Məhsul komandalarda şəffaf və uyğunlaşan komanda mədəniyyətini aşılamaq
  • Açıq fikir mübadiləsi və təlimlər vasitəsilə komandaları Agile yanaşmaya yönəltmək
  • İnsan kapitalının idarəedilməsi funksiyası ilə birlikdə komanda üzvlərinin özünü inkişaf və ixtisasın artırılması üçün tədbirlər planını hazırlamaq (fərdi inkişaf üzrə planlar) və tətbiq edilməsində dəstək olmaq
  • Komandaların performans göstəricilərinin təyin edilməsində iştirak etmək və yerinə yetirlməsinə nəzarət etmək
  • Agile kouç roluna cəlb edilmiş yeni əməkdaşları təlimatlandırmaq və istiqamətləndirmək
     

Tələblər:

  • Ali təhsil
  • Agile idarəetmə, Agile inkişaf, Scrum master və buna uyğun sahədə  - ən azı 1 il iş təcrübəsi (Agile idarəetmə üzrə məhsul sahibi, layihələrin idarəedilməsi sahəsində təcrübəsinə üstünlük verilir)
  • Agile metodologiya və üsulları üzrə biliklər
  • Agile metodologiyanın biznesə tətbiq edilməsi yolları üzrə biliklər
  • MS Office və Jira proqramları üzrə sərbəst istifadə bacarığı (Miro, Confluence üzrə biliklər arzuolunandır)
  • Agile Coaching üzrə, PSPO, PMİ-ACP, CSPO və ya analoqu olan sertifikatlara sahib olmaq üstünlükdür
  • Mentor, təlimçi və ya kouç bacarıqları
  • Güclü ünsiyyət və öyrətmə bacarıqları
  • Kross-funksional komandanın işini effektiv təşkil etmək bacarığı
  • Strateji düşüncə
  • Çətinliklərin öhdəsindən gəlmə bacarığı
  • Effektiv kommunikasiya, təqdimat və liderlik bacarıqları
  • Yüksək analitik düşüncə
  • Yüksək planlaşdırma bacarığı
  • Çərçivələrdən kənar düşünmə bacarığı

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə "Agile Coach" qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

{{errors.file}} *

Yelo-dan çoxfunksiyalı mobil əlavə