Yelo Cashback ilə daha çox qazan!

Kart sifariş et
Cashback Card

Digital kart ilə

Cashback qazanmağa başla

Tətbiqi yüklə, kartı onlayn aktivləşdir:

Tez-tez Verilən Suallar

Keşbek hansı kartlarda keçərlidir?

Keşbek AZN/USD/EUR valyutalı Yelo Digital, Light, Premium, Infinite, Saving və Taksit kartlarında edilən əməliyyatlara şamil edilir və AZN ekvivalentində hesablanır.

Keşbek paketinə necə qoşula bilərəm?

Yelo kartını ilk dəfə əldə edən müştərilərə bank tərəfindən hədiyyə olaraq “Xoş gəldin” paketi təqdim olunur və kartın rəsmiləşdirildiyi tarixdən etibarən 30 gün ərzində qüvvədə olur. Mövcud müştərilər isə "Standart" və "Parlaq" paketlərinin şərtlərinə əsasən qoşula bilərlər.

Xoş gəldin, Standart və Parlaq paketlər arasında fərq nədir?

“Xoş gəldin” paketi Yelo debet kartını ilk dəfə əldə edən müştərilər üçün bank tərəfindən hədiyyə olaraq təqdim olunur və kartın rəsmiləşdirildiyi tarixdən etibarən 30 gün müddətində qüvvədə olur. Yelo debet kartını ilk dəfə əldə edən və ”Standart” və ya “Parlaq” paket şərtlərini ödəyən müştərilər isə bu paketlərdən istənilən birinə qoşula bilərlər. “Standart” və “Parlaq” paketlər şərtlərinə və keşbek faiz dərəcələrinə görə fərqlənirlər. “Parlaq” paket daha yüksək keşbek faizləri təqdim edir.

Əgər eyni anda həm kreditim, həm də əmanətim varsa, hansı paket seçilir?

Əmanət və ya kredit məbləğlərindən hər hansı biri uyğun olduqda, Standart və ya Parlaq paket şərtlərinə əsasən paket təklif olunur.

Keşbek hansı valyutalarda hesablanır?

Keşbek yalnız AZN ekvivalentində hesablanır.

Hesablanmış keşbek nə vaxt ödənilir?

Keşbek üzrə hesablanmış məbləğ 3 iş günü ərzində kart balansınıza köçürülür.

Keşbekdən yararlanmaq üçün kateqoriya seçmək vacibdirmi?

Bəli. Keşbek qazanmaq üçün hər ayın 1-dən etibarən yenilənmiş “ƏSAS” və “ƏLAVƏ” kateqoriyalar arasından seçim etmək mütləqdir. Əks halda keşbek hesablanmayacaq.

Hansı hallarda keşbek köçürülmür və ya dayandırılır?

  • Əgər kart balansınız 15 gündən artıq mənfi qalarsa və ya
  • Aktiv kredit üzrə borcunuz 15 gündən artıq gecikmədə olarsa, həmin dövrdə keşbek balansındakı məbləğlər köçürülmür və növbəti aydan kateqoriya seçmək mümkün olmur.

Keşbek hansı valyutalar üzrə aparılan əməliyyatlara hesablanır? 

Yalnız qeyd olunan valyutalar üzrə aparılan əməliyyatlara keşbek hesablanır: USD, EUR, GBP, RUB, CNY, TRY, AED.