Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Brendin idarəedilməsi departamenti, Dizayner (Xidməti müqavilə)

Şəhər

Bakı

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda  "Brendin idarəedilməsi departamentində Dizayner" vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank Sizə bu arzunuzu reallaşdırmağa dəstək olacaq.

Struktur: Brendin idarəedilməsi departamenti
Vəzifə: Dizayner
Bilavasitə tabeçiliyi: Departament rəhbəri

Vəzifə öhdəlikləri:

  • Müştəri tələblərinə/ehtiyaclarına, sorğuların mövzusuna, vizyonuna və biznes tələbinə uyğun dizaynların yaradılması
  • Son trendlərə uyğun dizayn prinsiplərinin tətbiqi və dizayn sistemin yaradılması, inkişaf etdirilməs
  • Yaradılmış rəqəmsal məhsulların interface dizaynının inkişaf etdirilməsi

Tələblər

  • Müvafiq sahədə minimum 1 il təcrübə
  • Məsuliyyətli və komandada işləmə bacarığı
  • Kreativ yanaşma
  • Adobe Photoshop, Illustrator proqramlarında işləmə bacarığı
  • After Effects bilmək üstünlükdür

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Dizayner” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına da göndərə bilərsiniz. 

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

{{errors.file}} *

Yelo-dan çoxfunksiyalı mobil əlavə