Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Kreditlərin anderraytinqi və monitorinqi Departamenti \Girovların qiymətləndirilməsi şöbəsinin Kiçik mütəxəssis\ Mütəxəssis

Şəhər

Bakı

Kateqoriya

Kiçik mütəxəssis / Mütəxəssis

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kreditlərin anderraytinqi və monitorinqi Departamenti \Girovların qiymətləndirilməsi şöbəsinin Kiçik mütəxəssis\ Mütəxəssis” vakansiyasını elan edirik.

Struktur: Kreditlərin anderraytinqi və monitorinqi Departamenti \Girovların qiymətləndirilməsi şöbəsi 
Vəzifə: Kiçik mütəxəssis/ Mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru və / və ya şöbə meneceri


Vəzifə öhdəlikləri:

  • Girovun təminatı kimi təklif olunan və ya bankın mülkiyyətində olan daşınmaz əmlakların ekspertizası, o cümlədən girov predmeti olan əmlakın həqiqi bazar və asan satış (likvid) qiymətinin təyin edilməsi, bankın daxili qaydalarında nəzərdə tutulduğu halda təminat kimi çıxış edən obyektə baxış keçirilməsi və şəkillərin çəkilməsi, girovun təqdim olunan sənədlərə uyğunluğunun və texniki göstəricilərinin yoxlanılması, təqdim olunan əmlakın likvidlik dərəcəsinin təhlil olunması. Keçirilən ekspertiza haqda hesabatların hazırlanıb təqdim olunması (qiymətləndirmə aktı);
  • Bankdankənar müstəqil qitmətləndirici şirkətlər tərəfindən təqdim olunan Aktların təhlil olunması və yekun hesabatların hazırlanıb təqdim olunması;
  • Girov qoyulmuş əmlakların hər il təkrar qiymətləndirilməsi və monitorinq olunması;
  • Təqdim edilən kredit sifarişlərinin reyestrdə qeydiyyatının aparılması;
  • Analitik hesabatlar yaradılması məqsədi ilə hesabatların hazırlanması.

 

Tələblər:

  • Ali təhsil;
  • Tələb olunan vəzifə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində səlis danışmaq və işgüzar yazışma aparmaq bacarığı;
  • MS Office ofis proqramları üzrə biliklərə sahib olmaq;
  • Analitik düşünmə və təhlil bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Dəqiqlik və detallara fikir vermə qabiliyyəti.

 

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Siz elektron poçtun “mövzu” yerinə “Girovlarla iş” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz. İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaqdır.

Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

{{errors.file}} *

Yelo-dan çoxfunksiyalı mobil əlavə