Yelo-dan çoxfunksiyalı mobil əlavə

Digər vakansiyalar

Sədərək filialı, Əməliyyat xidmətləri üzrə Kiçik mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssis

Şəhər

Sədərək

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Sədərək filialı / Əməliyyat xidmətləri üzrə kiçik Mütəxəssis / Mütəxəssis / Aparıcı mütəxəssis” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “Korporativ / əməliyyat xidmətləri” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə və ya buradan CV-nizi yükləyə bilərsiniz.

Struktur: Sədərək filialı
Vəzifə: Əməliyyat xidmətləri üzrə kiçik Mütəxəssis / mütəxəssis / aparıcı mütəxəssis
Bilavasitə tabeçiliyi: Filial meneceri


Vəzifə öhdəlikləri:

  • Hüquqi şəxslər və fərdi sahibkarların bütün spektr bank xidmətləri üzrə konsultasiyası və əməliyyat xidməti ;
  • Hüquqi şəxslər və fərdi sahibkarlara hesabların açılması və bağlanması;
  • Hüquqi  şəxslər və fərdi sahibkarların hesabların aparılması, dosyelərinin komplektlaşdırılması və saxlanılması;
  • Hüquqi şəxslər və fərdi sahibkarlara hesablaşma-kassa xidmətin göstərilməsi;
  • Vergi sərəncamların, ödəniş və inkasso tapşırıqların vaxtında icrası və qeydiyyatı;
  • Əmanətlərin qəbulu Hesab açılması, əmək haqqı layihəsi,  v.s. üzrə müqavilələrin hazırlanması və imzalanması;
  • Hüquqi şəxslər və fərdi sahibkarların kartların rəsmiləşdirilməsi, məxarici və qeydiyyatın aparılması;
  • Bankın tariflərinə uyğun olaraq göstərilən xidmətlərə görə müştərilərdən komissiya tutulması;
  • Müştərilərə sənədlərin hazırlanması və verilməsi (hesab üzrə arayış və hesabdan çıxarış, müştərilərin məktub və müraciətlərinə cavab);
  • Günün sənədlərinin yığılması.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə 6a y iş təcrübəsi;
  • Azərbaycan dilində – sərbəst danışıq və düzgün yazı qabiliyyəti, rus dili bilənlərə üstünlük veriləcəkdir;
  • MS Office proqramları üzrə istifadəçi səviyyəsi;
  • Məsuliyyət, diqqət, dəqiqlik və analitik düşünmə;
  • Stressə davamlıq;
  • Detallara diqqət etmək bacarığı;
  • Vaxtın düzgün idarə edilmə bacarığı;
  • Səmərəli ünsiyyət qurmaq bacarığı;
  • Problemli halların idarəedilməsi bacarığı;
  • Komandada işləmək bacarığı.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.
     
Komandamıza qoşulmağa hazırsan?

Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər

CV göndər
CV göndər
CV faylını yüklə

Faylı seç və ya buraya at (pdf, doc)

{{errors.file}} *

Yelo-dan çoxfunksiyalı mobil əlavə