Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Kart biznesi departamentində Aparıcı / Baş mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Kartlar üzrə mütəxəssis” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə və ya buradan CV-nizi yükləyə bilərsiniz.
Struktur: Kart biznesi departamenti
Vəzifə: Kartlar üzrə mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament direktoru
Vəzifə öhdəlikləri:
- Prosessinq mərkəzi və ödəniş sistemlərinin imkanlarına əsaslanaraq yeni kart məhsulların yaradılması, tətbiq edilməsi
- Ödəniş sistemləri ilə layihələrin aparılması
- Prosessinq Mərkəzi ilə məhsulların yaradılması, tariflərin sazlanması və s.
- Kart məhsullarına aid bütün biznes və bank daxili proseslərin müəyyənləşdirilməsində və tədbiqində fəal iştirak etmək
- Kart məhsulları və xüsusi layihələr üzrə qayda və prosedurların hazırlanmasını
Tələblər:
- İqtisadiyyat, Maliyyə və ya müvafiq texniki sahələr üzrə ali təhsil
- Kart biznesi sahəsi üzrə ən azı 2 il iş təcrübəsi
- Visa və MasterCard ilə layihələrin aparılması üzrə təcrübə
- Yüksək səviyyədə İngilis dilinda danışmaq və anlamaq (minimum B2 səviyyəsi)
- MS Office proqramları üzrə sərbəst işləmə bacarığı
- Təhlil bacarığı
- Problem həlletmə bacarığı
- Komanda işi və əməkdaşlıq bacarığı
- Ünsiyyət bacarıqları
Biz Sizə nə təklif edirik:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar
- Sığorta proqramına qoşulma imkanı
- Müasir idarəetmə sistemi və mehriban kollektiv
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Zəhmət olmasa CV-ni mövzu hissəsində vakansiyanı qeyd edərək [email protected] elektron ünvanına göndər
CV göndər