- Vakansiya növü: Tam ştat
- Kateqoriya: Elm, Texnologiya və Mühəndislik
- Vəzifə: Gənc mütəxəssis
- Elan tarixi: 03-04-2026
- Son Tarix: 04-04-2026
Vəzifə və öhdəliklər
Yelo Bank komandasına qoşulmaq üçün Junior Java Developer axtarırıq. Bu vəzifədə siz bankın rəqəmsal məhsullarının və daxili sistemlərinin inkişaf etdirilməsi, mövcud funksionallıqların təkmilləşdirilməsi və yeni həllərin hazırlanmasında iştirak edəcəksiniz. Siz təcrübəli proqramçılar, biznes analitiklər, test komandası və digər İT komandaları ilə birlikdə işləyərək layihələrin hazırlanmasında və tətbiqində rol alacaqsınız.
Əsas vəzifələr:
- Java əsaslı tətbiqlərin hazırlanmasında iştirak etmək
- Mövcud sistemlərdə dəyişiklik və təkmilləşdirmələr etmək
- Yeni funksionallıqların hazırlanması və test prosesində iştirak etmək
- REST API-lərlə işləmək və inteqrasiyalarda iştirak etmək
- SQL sorğularının yazılması və verilənlər bazası ilə işləmək
- Texniki sənədlərin hazırlanmasına və yenilənməsinə dəstək vermək
- Komanda daxilində code review və bilik paylaşımı proseslərində iştirak etmək
- Tapşırıqları müəyyən olunmuş müddətlərdə yerinə yetirmək
- Problemlərin araşdırılması və həllində iştirak etmək
Tələblər
- İnformasiya Texnologiyaları, Kompüter Elmləri və ya əlaqəli sahə üzrə ali təhsil
- Java proqramlaşdırma üzrə iş təcrübəsi
- Obyekt yönümlü proqramlaşdırma (OOP – Object-Oriented Programming) prinsiplərini bilmək
- Spring Framework və ya Spring Boot haqqında ilkin biliklər
- SQL və verilənlər bazaları üzrə baza bilikləri
- REST API anlayışı və JSON ilə işləmə bacarığı
- Git versiya nəzarət sistemi ilə işləmək bacarığı
- Problem həll etmə və analitik düşünmə bacarığı
- Komandada işləmək və öyrənməyə açıq olmaq
- Azərbaycan dili sərbəst, ingilis dili üzrə texniki sənədləri oxuma səviyyəsində bilik
Üstünlük hesab olunur:
- Oracle, PostgreSQL və ya MySQL verilənlər bazaları ilə tanışlıq
- Docker haqqında ilkin biliklər
- Maven və ya Gradle build alətləri ilə tanışlıq
- Jira və ya digər task management alətləri ilə işləmə təcrübəsi
- Bank, fintech və ya rəqəmsal məhsullar üzrə maraq
CV göndər