Yelo Bank müştəriləri üçün innovativ həlləri tətbiq etməyə davam edir. Bank bu dəfə kart müştərilərinə Apple Pay təmassız ödəmə üsulunu əlçatan etdi. Bunun üçün sadəcə iPhone smartfonu, Apple Watch saatını və ya iPad planşetini ödəmə terminalına yaxınlaşdırmaq kifayətdir. Apple Pay ilə təmassız ödəmə nişanı olan istənilən market, aptek, taksi, kafe, restoran, pərakəndə satış mağazaları və bir çox digər yerlərdə ödənişlər etmək mümkündür.
Apple Pay-in əsas üstünlüyü onun təhlükəsizliyi və məxfiliyindədir. Bu üsulla həyata keçirilən hər bir əməliyyat etibarlı qorunur, çünki istifadəçi ödənişi Face ID, Touch ID və ya cihazın parolu ilə təsdiq etməlidir. Apple Pay-ə əlavə edilmiş kart məlumatları nə cihazda, nə də Apple serverlərində saxlanılmır. Əvəzində karta unikal cihaz qeydiyyat nömrəsi verilərək şifrələnir və cihazın yüksək standartlara cavab verən sertifikasiya edilmiş “Təhlükəsiz element” çipində əminliklə saxlanılır.
Yelo kartı Apple Pay-də aktivləşdirmək çox asandır:
• Yelo mobil tətbiqinə daxil olub, istədiyiniz kartı seçin
• “Apple Wallet”ə əlavə etmək üçün müvafiq təlimatları yerinə yetirin.
Prosesi yekunlaşdırdıqda seçdiyiniz kartı iPhone, Apple Watch, iPad, Mac cihazları vasitəsilə Apple Pay ödənişlərində istifadə edə biləcəksiniz.
Apple Pay xidmətinə qoşulmuş Yelo kart sahibləri Bankın təklif etdiyi cashback və endirimlərdən faydalanmağa davam edə biləcəklər.
Yelo mobil tətbiqini yükləmək üçün https://bit.ly/ylapple və Apple Pay haqqında daha ətraflı məlumat üçün https://bit.ly/yaplpay linklərinə keçid edə bilərsiniz.
Bank xidmətləri, həmçinin, məzənnə haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!