Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

“ASAN pay” rahatlığı Yelo App-də!

Daim müştəri rahatlığını üstün tutan Yelo Bank növbəti yeniliyini təqdim edir. Belə ki, Bankın mobil tətbiqində artıq “ASAN pay” xidməti aktivdir. Bununla da bütün “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqəsi, xarici pasport, miqrasiya sənədinin yenilənməsi/alınması üzrə ödənişləri rahatlıqla Yelo App-dən həyata keçirmək mümkündür. Yenilikdən necə faydalanmaq olar? 

· “ASAN xidmət” operatorunun qarşısında yerləşdirilən QR kodu Yelo App-də QR oxuducu vasitəsilə skan edirsiniz;

· Ödəniş haqqında məlumatlar Yelo App-də dərhal əks olunur (xidmətin növü, məbləği);

· Ödəniş etmək istədiyiniz Yelo kartınızı seçərək, ödənişi tamamlayırsınız. 

Beləliklə növbə gözləmədən, mərtəbə dəyişmədən, sadəcə bir neçə toxunuşla ödəniş edib, vaxt itkisindən azad olursunuz. Hazırda Yelo App-də bu xidmətdən Yelo Bank-da cari hesabı və ya kartı olan bütün fiziki şəxslər faydalana bilərlər. 

Bununla yanaşı, Yelo App vasitəsilə bir sıra bank əməliyyatlarını filiala gəlmədən icra etmək mümkündür. Günün istənilən vaxtı tam onlayn kredit, kart sifariş edə, hesablar, xərc və gəlirlərə nəzarət edə, cashback bonuslarını izləyə və hesaba köçürə bilərsiniz. Elə indi smartfonunuza Yelo App yükləyin və parlaq bank təcrübəsindən zövq alın: https://bit.ly/ylmbltb

Depozit kalkulyatoru haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.

Yelo Bank – Parlaq bankçılıq!