Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Yelo Bank-dan fond vəsaiti hesabına güzəştli biznes kreditləri

Sahibkarlığın, xüsusilə də kənd təsərrüfatının inkişafına və maliyyələşməsinə hər zaman dəstək olan Yelo Bank real sektorun inkişafı istiqamətində geniş imkanlar yaradır. Belə ki, Bank fondlarla əməkdaşlıq çərçivəsində illik 5%-dən başlayan biznes kreditləri təklif edir. 

Bu istiqamətdə əməkdaşlıq aparılan Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına Yelo Bank-dan 10 milyon manatadək biznes kreditini 60 ayadək və illik cəmi 5% ilə əldə etmək mümkündür. Kredit üçün müraciət edən sahibkarlara 24 ayadək güzəşt müddəti də şamil olunur. 

Yelo Bank həmçinin, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrar Kredit və İnkişaf Agentliyi” ilə əməkdaşlıq çərçivəsində regionlarda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə də güzəştli şərtlərlə aqrar kreditlər təklif edir.

Əməkdaşlıq müqaviləsinə əsasən, agentliyin vəsaiti hesabına Yelo Bank-ın təqdim etdiyi kreditlər illik cəmi 7% ilə kənd təsərrüfatı üzrə aqrar sahənin inkişafı və sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi məqsədilə veriləcəkdir. Kredit vəsaitinin maksimal həddi 200 000 AZN, müddəti isə 60 ay təşkil edir. Əlavə olaraq, kredit götürmüş sahibkarlar 12 ayadək güzəşt müddəti üstünlüyündən də faydalana bilərlər. 

Daha ətraflı məlumat və onlayn sifariş üçün: https://www.yelo.az/az/business/loans 

Biznes kreditləşməsi Yelo Bank üçün prioritetlər sırasındadır. Ötən il olduğu kimi, 2022-ci ildə də Bank ölkədə sahibkarlığın inkişafı istiqamətində işlər görməyə davam edəcək.

Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq!  
Yelo Bank – Parlaq bankçılıq!