Dəyərli müştəri,
Məlumat üçün bildiririk ki, 10 oktyabr 2021-ci il tarixindən kartlara dair Bankımız tərəfindən aşağıdaki tariflər və limitlər tətbiq olunur.
Qeyd edilən limitlər və komissiyalar yalnız “Yelo bank” və “VTB Bank” bankomatlarında eyni ay ərzində nağdlaşdırılmış vəsaitlərə tətbiq ediləcək.
Məbləğ | Şəxsi vəsaitlərdən nağdlaşdırma | Kredit xətti üzrə vəsaitlərdən nağdlaşdırılma |
---|---|---|
<3000 AZN (və ekvivalenti) | 0% | 1% (min 1 AZN / USD / EUR) |
>3000 AZN (və ekvivalenti) | 1% (min 1 AZN / USD / EUR) | 2% (min 2 AZN / USD / EUR) |
Əgər ay ərzində vəsaitin nağdlaşdırılması həm şəxsi, həm də kredit xətti üzrə olarsa, komissiya aşağıdakı formada hesablanacaq.
Məsələn, ay ərzində ilk olaraq, kartda 500 AZN öz vəsaitinizi nağdlaşdırdıqda heç bir komissiya tutulmayacaq. Daha sonra həmin ay daxilində kredit xəttinizdən nağdlaşdırdığınız 2500 AZN vəsaitə 1% komissiya tətbiq ediləcək. Ayın sonunadək kredit xəttindən 2500 AZN-dən yuxarı istənilən məbləğə görə 2% hesablanacaq. Çünki ay ərzində nağdlaşdırılmış vəsaitin toplam məbləği 3000 AZN-i ötmüş olacaq. Əgər 3000 AZN-dən yuxarı nağdlaşdırılan məbləğ öz şəxsi vəsaitinizdəndirsə, artıq məbləğə komissiya 1% olacaq.
"Azərikard" şəbəkəsində və "Azərikard" şəbəkəsi xaricində olan bankların bankomatları və ofislərində vəsaitin nağdlaşdırılması üzrə aşağıdakı komissiyalar tətbiq ediləcək. Bu tip əməliyyatlar üçün 3000 AZN (və ekvivalenti) limiti yoxdur.
Məbləğ | Şəxsi vəsaitlərdən nağdlaşdırma | Kredit xətti üzrə vəsaitlərdən nağdlaşdırılma |
---|---|---|
"Azərikard" şəbəkəsində | 1.5% (min. 2 AZN / USD / EUR) | 2% (min. 2 AZN / USD / EUR) |
"Azərikard" şəbəkəsi xaricində | 2% (min. 3 AZN / USD / EUR ) | 2% (min. 3 AZN / USD / EUR ) |