Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

Mebel avadanlıqlarının alınmasına tender elanı

 İstifadəyə veriləcək yeni Filiallarımıza mebel avadanlıqlarının alınması məqsədilə açıq tender elan edirik.

Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

•    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
•    Ödəmə qabiliyyəti olmalı;
•    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
•    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
•    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
•    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcəkdir:

•    Təqdim ediləcək məhsulun keyfiyyəti
•    Təklif ediləcək məhsulun qiyməti
•    İştirakçı şirkətin bu sahədə təcrübəsi
•    Təqdim edilmiş məhsullara verilən zəmanət müddəti
•    Müqavilənin icra müddəti

Texniki şərtlər elana link olaraq əlavə olunur.

1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

•    Qiymət təklifi
•    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
•    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
•    Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahələr üzrə portfeli (albom, görülmüş işlər haqqında fotohesabat, e-kataloq və s.)


2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-    Tender təklifləri 29 Mart 2021-ci il, Bakı vaxtı ilə saat 12:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına yalnız bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-    Zərflərin hər küncü möhürlənməlidir. 
-    Qiymətlər Azərbaycan manatı və vergilər daxil qeyd olunmalıdır.
-    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir.

3.    Satın alınacaq avadanlıq siyahısının əldə edilməsi

•    Tender iştirakçıları satın alınacaq mebel avadanlığı siyahısını və ətraflı məlumatı saytdan yükləməklə yanaşı, elektron və ya çap edilmiş nüsxədə əlaqələndirici şəxslərdən istənilən iş günü saat 10:00-17:00 arası ala bilərlər.

4.    Müqavilənin icra müddəti

•    Satınalma müqaviləsi tenderin qalibi elan edildikdən ən geci 60 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.
•    Satınalma müqaviləsinin qeyd olunmuş müddətdən daha qısa vaxt ərzində icra edilməsini bildirən iştirakçılar tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynacaqdır.


5.    Ödəniş və digər şərtlər

•    Təqdim ediləcək məhsullara minimum 1 il zəmanət verilməlidir.
•    Zəmanət müddətinin 1 ildən artıq olması tender qaliblərinin müəyyən olunmasında müsbət rol oynayacaqdır
•    Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. Bu halda tender qalibi ona ödənilmiş məbləğ üçün Bank zəmanəti təqdim etməlidir.
•    Tenderin qalibləri 4 ay müddətinə müqavilə məbləğinin 5%-i həcmində Bank zəmanəti təqdim etməlidir.
•    Tender iştirakçıları keyfiyyət və istehsalçı meyarlarından irəli gələrək bir neçə təklif verə bilərlər.
•    Təklif avadanlıqların quraşdırma qiymətlərini özündə əks etdirməlidir.
•    Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
•    Təklif verilən zaman iştirakçı müqavilə icra edildikdən sonra, 24 ay ərzində zərurət yarandıqda bank üçün eyni məhsullardan təqdim etmək imkanına malik olmalıdır.
•    Tələb edildikdə iştirakçı müəyyən mebel avadanlıqları üzrə 10 gün ərzində nümunə təqdim etmək imkanına malik olmalıdır.
•    Zərurət yarandığı halda auksion formatında tenderin ikinci mərhələsi elan edilə bilər.
•    Tender təklifləri Bankın təqdim etdiyi təklif forması üzərindən verilməlidir.
•    Müqavilə imzalanana qədər Bank satın alınacaq mebel avadanlıqlarının sayınının artırılması və ya azaldılması hüququna malikdir.
•    Tender qalibinin Yelo Bankda hesab açması (Tender qalibi elan  olunduqdan sonra)


6.    Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

-    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
-    Ödəmə qabiliyyəti olmalı;
-    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
-    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
-    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
-    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

7.    Satınalan təşkilatın ünvanı 

Bakı ş. Puşkin küçəsi 30, AZ1010
Əlaqələndirici şəxs: 
1)    Anar Asgarzade 
İnzibati və Təchizat departamentinin
Təchizat və satınalma şöbəsinin rəhbəri
+99412 981 daxili 1974
+9455 5056575
[email protected]