Yelo-dan çoxfunksiyalı mobil əlavə

Xəbərlər siyahısı

Xəbərlər

“Təhlükəsizlik Monitorinqi , insidentlərin idarə edilməsi və servislər” üzrə açıq tender

 “Təhlükəsizlik Monitorinqi , insidentlərin idarə edilməsi  və servislər” üzrə açıq tender elan edirik. 
Texniki şərtlər tenderdə iştirakını elektron məktub vasitəsilə təsdiq edən iddiaçılara göndəriləcək.


1.    Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər: 

-    Qiymət təklifi 
-    İddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlər (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
-    Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
-    Tender təklifini təqdim edən şirkətin aidiyyatı sahə üzrə portfeli (Lisenziyanı təqdim edə bilməsi haqqında məlumat)

2.    Tender təklifinin təqdim edilməsinin son tarix vaxtı

-    Tender təklifləri 29 Mart 2021-ci il, Bakı vaxtı ilə saat 17:00-a qədər Bakı ş. Puşkin küçəsi 30 ünvanına bağlı və küncləri möhürlənmiş zərflər şəklində təqdim edilməlidir. 
-    Zərflərin hər küncü möhürlənməlidir. 
-    Göstərilən tarixdən və vaxtdan sonra təqdim olunan zərflər qəbul edilməyəcəkdir. 

3.    Ödəniş və digər şərtlər

-    Zərurət yarandığı halda Bank Tender qaliblərinə müqavilə imzalandıqdan sonra ümumi müqavilə məbləğindən 30% - ə qədər ilkin ödəniş edə bilər. 
-    Təklif qiyməti bütün vergilər daxil olmaqla verilməlidir.
-    Tender qalibinin Yelo Bankda açılmış hesabı
-    Avans və 5% icra qarantiyası

4.    Tender iştirakçıları aşağıdakı meyarlara sahib olmalıdırlar:

-    Müvafiq sahədə peşəkarlığı, təcrübənin, texniki və maliyyə imkanları, işçi qüvvəsi, idarəetmə səriştəsi və etibarlığı olmalı;
-    Ödəmə qabiliyyəti olmalı;
-    Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı olmalı, əmlakı üzərinə həbs qoyulmamalı, ödəniş yönəlmiş girovu olmamalı;
-    Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmamalı;
-    Müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olmalı;
-    Müflis elan olunmamalı, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmamalı

5.    Satınalan təşkilatın ünvanı 

-    Bakı ş. Puşkin küçəsi 30, AZ1010
-    Əlaqələndirici şəxslər: 

1)Nigar Baxşiyeva 

İnzibati və Təchizat departamentinin
Aparıcı mütəxəssisi
+99412 981 daxili 1902
+99455 4577616
[email protected]