Yelo-dan çoxfunksiyalı mobil əlavə

9.5 FAİZLƏ KREDİT ALMAQ ÜÇÜN TƏLƏS!

Xəbərlər siyahısı

Xəbərlər

Yelo Ambassador Jalə Əhmədova ilə müsahibə

Jalə, Yelo Ambassador kimi bizə Bankımızdakı fəalliyətindən qısaca bəhs et.

Mən Jalə Əhmədova, Yelo Ambassador olaraq Yelo Bank-ın fəaliyyətini çəkdiyim tiktok və reel videoları ilə işıqlandırırdım. Videolarımda Yelo Bank-ın məhsullarının üstünlüklərini göstərirdim. Bundan başqa Bankdakı iş mühiti haqda videolar çəkib, tədbirlərdən, layihələrdən görüntülər hazırlayıb paylaşırdım. Yelo-nun parlaq dünyasına səyahət etmək üçün instaqram hesabımdakı reel-lərə göz gəzdirə bilərsiniz - @jalehmed

Niyə Yelo Ambassador olmağa qərar verdin? Bu layihədə səni nə cəlb etdi?

Video və şəkil çəkməyə/çəkdirməyə uşaqlıqdan böyük həvəsim olub və bu həvəs indiyədək davam edir. “Yelo Ambassadors” layihəsinin anonsunu görəndə ilk öncə çox təəccüblənmişdim, çünki bu, bir ilk idi və belə bir ilkə məhz bankın imza atacağını gözləməzdim. Çox düşünmədən layihəyə baş vurdum və layihə boyunca maraqlı, əyləncəli anlar yaşadım. Bir tələbə kimi həm bankda təcrübə qazanmaq, həm də öz kiçik instaqram hesabımı genişləndirmək, eyni zamanda boş vaxtımda maraqlı fəaliyyətlə məşğul olmaq üçün əla fürsət idi.

Bəs səncə komandamız niyə səni seçdi və digər ambassadorlar arasında məhz səninlə irəliləməyə davam etdi?

Məncə bu bir şans məsələsidir :) Çünki mənim fikrimcə, digər ambassadorlar da ən az mənim qədər istedadlı və həvəsli idilər.

Bir ambassador hansı bacarıqlara sahib olmalıdır?

İlkin olaraq təbii ki, çəkiliş etməyi bacarmalıdır. Kreativ, maraqlı, fərqli tərzdə paylaşımlar etməli, müxtəlif ideyaları olmalı, ən son trendlərdən xəbərdar olmalı, çəkiliş etdiyi məkanlarda insanlarla ünsiyyət qurmağı bacarmalıdır. Bunun üçün də gülərüz, pozitiv, ünsiyyətcil olmaq lazımdır. İmicə sahib olmaq da bu keyfiyyətləri tamamlamağa kömək edəcək.

Bizimlə əməkdaşlıq dövründə ən yaddaqalan tədbir və ya maraqlı hadisə hansıdır?

Mənim üçün ən yaddaqalan və maraqlı tədbir “Healthy Talks” idi, ən əyləncəli hadisə isə Novruz bayramında Baş ofisdə qapılara papaq atmağımız olmuşdu. :)

Bu layihə və Yelo Bank sənə nələri qazandırdı?

Dəyərli dostluqlar, korporativ mədəniyyət, instaqram hesabım üçün isə rəngarəng videolar. Hamısı mənim üçün dəyərli xatirələrdir.

Layihəmizin məzunu kimi karyeranla bağlı planların nələrdir? Gələcəkdə Bank sektorunda çalışmağı düşünürsən?

Hələ ki, 3-cü kursda oxuyuram, bu haqda düşünməyə başlamamışam. Yelo Bank-a qədər ümumiyyətlə bank sektoru ilə maraqlanmırdım, amma indi fərqli fikirdəyəm. Gələcəkdə bəlkə… Niyə də yox?

Gələcək Yelo Ambassadora tövsiyələrin nələdir?

Uğurlu nəticə üçün başlamaq lazımdır. Başlanğıcda isə böyük həvəs və sevgi ilə yanaşsınlar. Bir də sual verməkdən çəkinməsinlər, hər bir geri dönüşləri, rəyləri diqqətə alsınlar, onlar daha da inkişaf etməyiniz üçündür.

Yelo-dan çoxfunksiyalı mobil əlavə