Dəyərli müştəri!
Bankımızın xidmətlərindən istifadə etdiyin üçün təşəkkür edirik! Zəhmət olmasa, gələcək əməliyyatlarında aşağıda qeyd olunan məlumatları nəzərə alardın.
2 fevral 2024-cü il tarixindən etibarən Yelo Bank-a aid olmayan ödəniş terminalları və digər onlayn ödəniş platformaları (E-manat, MilliÖn, MPay, KorpON, ExpressPay, M10, hesab.az və s.) vasitəsilə kredit kart hesabına, cari hesaba mədaxildə və kredit ödənişlərində 1% əməliyyat komissiyası tətbiq olunacaq.
Yelo Bank-ın rəsmi saytı (yelo.az), Yelo App mobil tətbiqimizdə, filiallarda, eləcə də Yelo ödəniş terminallarında yuxarıda qeyd edilmiş əməliyyatları komissiyasız həyata keçirməyə davam edəcəksən.
Saytımızda və mobil tətbiqimizdə onlayn kredit ödənişi cəmi 2 dəqiqəni alacaq. Odur ki, asan və ən əsası, komissiyasız kredit ödəmə üsulumuzdan elə indi istifadə edə bilərsən!
Ödəniş səhifəsinə keçid et - https://bit.ly/4bndbE0
Mobil tətbiqi yüklə - https://bit.ly/ylpkfhk
Ödəniş terminallarının ünvanlarına bax - https://bit.ly/ylmndtr