Dəyərli müştərilər,
Məlumat üçün bildiririk ki, Yelo kartlardakı qalığa faiz hesablanması tariflərində dəyişiklik həyata keçiriləcək. Yenilənmiş tarifə əsasən 1 noyabr, 2022-ci il tarixindən etibarən:
- AZN valyutalı Yelo Light kart hesabının qalığına gəlir illik 4%;
- AZN valyutalı Yelo Premium kart hesabının qalığına gəlir illik 6% olaraq hesablanacaq.
USD valyutalı Yelo kartlara isə hesabdakı qalığa gəlir hesablanması dayandırılır.