Yelo Bank onlayn xidmətlərində faydalı yenilikləri təqdim etməyə davam edir. Bu gündən Bankın Yelo App tətbiqində ölkənin qabaqcıl təhsil müəssilərinin ödənişlərini həyata keçirmək mümkün olacaq. Hazırda aşağıda göstərilən müəssisələr üzrə ödənişlər aktivdir:
- ADA University
- ADA məktəbi
- Avropa Azərbaycan məktəbi
- ATL Academy
- Azerbaijan British College
- Baku Oxford School
- Dunya School
- Kaspi liseyi
- Hədəf liseyi
- Milli Aviasiya Akademiyası
- Onlayn sınaq imtahan mərkəzi
- 21-ci əsr tədris mərkəzi
Xidmətdən istifadə etmək üçün sadəcə Yelo App-də “Ödəniş” menyusundan “Təhsil və sınaq” bölməsini seçmək, daha sonra təhsil müəssisəsi tərəfindən tələb edilən ödəniş məlumatlarını (Tələbə ID, valideynin FIN kodu və s.) daxil etmək kifayətdir. Cəmi bir neçə kliklə heç hara getmədən təhsil ödənişlərinizi tamamlayırsınız. Yelo App-in bu yeniliyi ilə zamanınızı təhsilinizə sərmaye edə bilərsiniz.
Yelo App öz imkanlarını genişlədərək müştərilərin bank təcrübəsini yeniləməyi və sadələşdirməyi hədəfləyir. Hazırda tətbiq daxilində bankda həyata keçirməyə alışdığımız bir çox əməliyyatları qısa zaman ərzində bir neçə kliklə icra etmək mümkündür. Əbəs yerə deyil ki, ötən il Yelo App “Mobile Banking Day Baku” konfransında 1000 kriteriya dəyərləndirmələri üzrə ən rahat mobil tətbiq seçilmişdi. Siz də bu rahatlıqdan zövq almaq üçün smartfonunuza Yelo App yükləyin: bit.ly/ylmbltb
Təhsil ödənişləri haqqında daha ətraflı: bit.ly/tehsil-odenisleri
Tehsil haqqi odenisi ilə bağlı əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
Yelo Bank – Parlaq bankçılıq!