«"Summer Challenge" təcrübə proqramını tamamilə fərqli bir insan olaraq başa vurdum”»
"Summer Challenge" təcrübə proqramımızın növbəti iştirakçısını sizə təqdim edirik. Hal-hazırda İtalıyanın Venesiya şəhərində mübadilə proqramı ilə təhsil alan ADA universiteti Biznesin İdarə edilməsi proqramının IV kurs tələbəsi Nəzrin Quliyeva.
- Nəzrin, təcrübə zamanı əldə etdiyin ən böyük nailiyyət hansı oldu?
- 2 aylıq təcrübə müddətini gözəl kollektiv və peşəkar əməkdaşların böyük dəstəyi və izahı ilə birlikdə artıq İnsan Kapitalı departamentdə iş mühitinin necə işlədiyinə dair hərtərəfli biliklərə sahib tamamilə fərqli bir insan olaraq başa vurdum.
- Təcrübə keçirdiyin İnsan Kapitalı departamentinin iş prosesində nə xüsusilə sənin diqqətini çəkdi?
- İlk öncə təcrübə keçdiyim İnsan Kapitalı departamentinin kollektivinin eyni zamanda iş mühitinin səmimi və mehribanlığı deyərdim. Baxmayaraq ki, hər bir əməkdaşın günlük iş yükü çox idi, ən xırda sualımda belə mənə köməklik göstərir, iş prosesini detallı izah edirdilər.
- Sənin üçün “Summer Challenge”-lə bağlı yadda qalan ən xoş xatirə?
- Əslində, təcrübə müddətinin hər bir günü mənim üçün öyrədici və maraqlı oldu. Ən yaddaqalanı isə "İşə Qəbul" komandası ilə "Summer Challenge" təlim proqramının hazırlanmasında iştirak etmək oldu.
Biz Nəzrinə “Buona fortuna!” deyib, gələcəkdə bir-birindən uğurlu layihələr arzulayırıq :)