Korporativ Sosial Məsuliyyət təşəbbüsləri ilə seçilən Yelo Bank bu dəfə Baş ofisində qanvermə aksiyası təşkil edib. Bu mühüm təşəbbüs Mərkəzi Qan Bankı və Talassemiya Mərkəzinin birgə tərəfdaşlığı ilə “Qan ver, həyat qurtar” şüarı altında keçirilib. Tədbirdə Yelo Bank-ın rəhbər heyəti və əməkdaşları könüllü donor kimi iştirak ediblər. Hər bir donor Mərkəzi Qan Bankının səyyar tibbi heyətinin hərtərəfli müayinəsindən keçib, təhlükəsizlik və sağlamlıq standartlarına əməl olunub. Toplanan qan ehtiyatı hemofiliya və talassemiyadan əziyyət çəkən xəstələrin müalicəsində istifadə olunacaq. Bank bu cür həyat qurtaran təşəbbüslərə töhfə verməkdən qürur duyur və gələcəkdə belə layihələri davam etdirməyi planlaşdırır.
Yelo Bank sağlamlığın hər şeydən öndə olduğunu qeyd edərək hər kəsi bu cür aksiyalarda iştirak etməyə, donor olmaqdan çəkinməməyə və ehtiyacı olanlara dəstək olmağa çağırır.
Bank xidmətləri (pulsuz kart, kredit pul, biznes üçün dəstək və s.) haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!